Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nərgiz Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nərgiz Əsgərzadə
Əsgərzadə Nərgiz Saleh qızı
Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə, 2015-ci il.
Doğum tarixi 15 avqust 1929(1929-08-15)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, SSRİ
Vəfat tarixi 1 oktyabr 2016 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi memarlıq elmləri namizədi
Təhsili Azərbaycan Politexnik İnstitutunu (–1951)
Mükafatları “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı — 1986

Nərgiz Əsgərzadə (1929–2016) — memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1951-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini olub.

1990 – 2007-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib.

2007-ci il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.

4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

İctimai aktivliyi[redaktə | HTML redaktə]

Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.

Digər[redaktə | HTML redaktə]

2007-ci ildə səhhəti ilə bağlı olaraq, öz xahişi ilə AMEA Şəki Regional Elmi Mərkəzində işdən azad edilmiş, lakin şəxsi kitabxanasını AMEA Şəki Regional Elmi Mərkəzinə bağışlamışdır.

Vəfatı[redaktə | HTML redaktə]

1 oktyabr 2016-cı il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ailəsi[redaktə | HTML redaktə]

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: RuhəngizFirəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
  • Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.

Xatirə gecəsi[redaktə | HTML redaktə]

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunmuş Nərgiz Əsgərzadənin xatirə gecəsi iştirakçilarından bir qurup.

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əsgərova Nərgiz Saleh qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 146-147. — 1.000 nüsx.;
  2. Nərgiz Əsgərzadənin xatirə gecəsi : [arx. 14.08.2021] // Azərbaycan Memarlar İttifaqı. — 2017. — 20 fevral. — Müraciət tarixi: 14.08.2021.
  3. Əməkdar memar Nərgiz Əsgərzadə : [arx. 14.08.2021] // “Şəki bələdiyyəsi” qəzetinin saytı. — 2016. — 2 oktyabr. — Müraciət tarixi: 14.08.2021.