Nərgiz Əsgərzadə (1929–2016) — memarlıq elmləri namizədi və Azərbaycan SSR əməkdar arxitektoru.

Nərgiz Əsgərzadə
Əsgərzadə Nərgiz Saleh qızı
Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə.
Doğum tarixi 15 avqust 1929(1929-08-15)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 oktyabr 2016 (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Şəki, Azərbaycan
Elmi dərəcəsi memarlıq elmləri namizədi
Təhsili Azərbaycan Politexnik İnstitutunu (–1951)
Mükafatları “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı — 1986

Haqqında məlumatlar Vizual/Mobil redaktə

15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1951-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini olub.

1990 – 2007-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib.

2007-ci il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.

4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Təltif və mükafatları Vizual/Mobil redaktə

İctimai aktivliyi Vizual/Mobil redaktə

Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.

Digər Vizual/Mobil redaktə

2007-ci ildə səhhəti ilə bağlı olaraq, öz xahişi ilə AMEA Şəki Regional Elmi Mərkəzində işdən azad edilmiş, lakin şəxsi kitabxanasını AMEA Şəki Regional Elmi Mərkəzinə bağışlamışdır.

Vəfatı Vizual/Mobil redaktə

1 oktyabr 2016-cı il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ailəsi Vizual/Mobil redaktə

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: RuhəngizFirəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
  • Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.

Xatirə gecəsi Vizual/Mobil redaktə

 
20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunmuş Nərgiz Əsgərzadənin xatirə gecəsi iştirakçilarından bir qurup.

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında xatirə gecəsi keçirilib. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə vaxtilə onunla birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Tədbirin sonunda həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əsgərova Nərgiz Saleh qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 146-147. — 1.000 nüsx.;
  2. Nərgiz Əsgərzadənin xatirə gecəsi : [arx. 14.08.2021] // Azərbaycan Memarlar İttifaqı. — 2017. — 20 fevral. — Müraciət tarixi: 14.08.2021.
  3. Əməkdar memar Nərgiz Əsgərzadə : [arx. 14.08.2021] // “Şəki bələdiyyəsi” qəzetinin saytı. — 2016. — 2 oktyabr. — Müraciət tarixi: 14.08.2021.
  4. Firəngiz Əsgərzadə, Bizim nəsil.