Nabat Abdullayeva
Nabat Abdullayeva | |
---|---|
Abdullayeva Nabat Cumay qızı | |
Nabat Abdullayeva. | |
Doğum tarixi | 20 may 1925 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Yelizavetpol quberniyası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 dekabr 2006 (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan dili və onun tədrisi kafedrası (professor) |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (–1941) • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (1946–1950) • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi, aspirantura |
Nabat Abdullayeva (1925–2006) — filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi kafedrasının professoru.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
20 may 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
1946 – 1950-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində, daha sonra isə bu institutun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1965-ci ildə ADPİ-nin müvafiq şurasında Azərbaycan EA-nın müxbir üzvü Ə.M.Dəmirçizadənin rəhbərliyi altında “Müasir Azərbaycan dilində cüttərkibli sadə cümlə” mövzusunda namizədlik dissertasiyasını,
1980-ci ildə isə Nəsimi adına Dilçilik İnstitutunda D.004.07.01 İxtisaslaşdırılmış Şurasında 10.02.06 - Türk dilləri ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib.
Ali məktəblər üçün bir sıra dərslik, dərs vəsaiti, proqramlarının və 50-dən çox elmi məqalənin müəllifidir. 3 doktorluq (azərbaycan, türkmən, qazax), 14 namizədlik dissertasiyasına rəsmi opponentlik edib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1954 – 2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəlki adları: Azərbaycan Dövlət Pedaqoji İnstitutu; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) Azərbaycan dili və onun tədrisi kafedrasında işləyib; o cümlədən,
1954-cü ildən müəllim,
1966-cı ildən baş müəllim,
1968-ci ildən dosent,
1982-ci ildən isə professor vəzifəsini tutub.
Vəfatı[redaktə | HTML redaktə]
27 dekabr 2006-cı il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Abdullayeva Nabat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 22-24. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. Abdullayeva Nabat Cumay qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 167. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Abdullayeva Nabat Cumay qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 39. — ISBN 978-9952-441-02-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1925-ci ildə doğulanlar
- 20 mayda doğulanlar
- Mayda doğulanlar
- 27 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə