Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qönçə Qazıyeva

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Qönçə Qazıyeva
Qazıyeva (Alıcanbəyova) Qönçə İsmayıl qızı
Qönçə Qazıyeva
Qönçə Qazıyeva.

Qönçə Qazıyeva (1916–1992) — tanınmış həkim, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri. Uzun müddət Bakı şəhər 26 Bakı Komissarları adına 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri idi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

16 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub[qeyd 1].

1917-ci ildə anası,

1922-ci ildə isə atası vəfat edib.

1930-cu ildə qardaşları siyasi ittihamlarla həbs edilərək güllələniblər.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsində təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1941 – 1945-ci illərdə hospitalda hərbi cərrah,

1945 – 1950-ci illərdə 26 Bakı Komissarları adına 1-ci dəmiryol xəstəxanasında müxtəlif məsul vəzifələrdə (müalicə işləri üzrə rəis müavini, baş həkimin müavini),

1950 – 1977-ci illərdə baş həkim,

1977-ci ildən isə Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1974-cü ildə iynəbatırmaqla refleks əmələgətirmə üsulu barədə namizədlik dissertasiyasını müdafiə edib. Bu müalicə üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri olub.

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Qazıyeva, Qönçə İsmayıl qızı. İynəbatırma ilə müalicə.- Bakı: Azərnəşr, 1985.- 75 s.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

Dəfələrlə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

16 noyabr 1992-ci il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Atası: İsmayıl bəy Alıcanbəyov, Nuxa türməsinin rəisi idi, 1922-ci ildə vəfat edib.

Anası: Balaca xanım, evdar qadın olub, Şəki xanlarının nəslindən idi və 1917-ci ildə vəfat edib.

Ailədə 4 bacı və 2 qardaş olublar;

Qardaşları: BəhramMustafa Alıcanbəyovlar, 1930-cu ildə hər ikisi siyasi ittihamlarla həbs edilərək güllələniblər.

Bacıları: Lütfiyə,...

Həyat yoldaşı: Abdulla Məmməd oğlu Qazıyev, 1942-ci ildə Böyük Vətən müharibəsində zabit kimi (baş politruk) iştirak etmiş və itkin düşmüşdür (sonralar on ildən artıq müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş Rəfiqə Qazıyevanın əmisi oğlu idi).

Uşaqları: Rauf (1936-cı il təvəllüdlü) və Fərid (1939-cu il təvəllüdlü) Qazıyevlər.

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Digər mənbədə təvəllüdü 1913-cü il kimi göstərilir (Память народа,).

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ....
  2. ..., s. 302.
  3. ....
  4. ....
  5. ..., s. 302.
  6. ....
  7. ....
  8. ..., s. 302.
  9. ....
  10. ....
  11. ....
  12. ....
  13. ....
  14. ....

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Казиева Гонча Исмаил-кизы : [arx. 15.05.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.05.2022.
  2. Məmmədov Ə., Xalıqov F. Казыева Гонча ханум Исмаил кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 302-303. — 1.000 nüsx.
  3. Mete Ə. Alıcanbəyov nəsli // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 351-352. — 500 nüsx.
  4. Казиева Гонча Исмаил кызы - врач : Казиева (Алджанбекова) Гонча Исмаил кызы - врач : [arx. 10 Sep 2016 - 14 Jun 2021] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 15.05.2022.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəkixanovlərin nəsil şəcərəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

 
 
 
 
Fətəli xan
Məhəmmədhüseyn
xan oğlu
 
Xurşid xanım
(qubalı)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kərim ağanın
arvadı
(Mollazədələrdən)
 
 
 
Kərim ağa
Şəkixanov
 
 
 
 
 
Kərim ağanın
arvadı
(öz qulluqçusu)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhəmid
ağa
 
Mustafa ağa
Şəkixanov
 
İsmayıl ağa
 
Cəfər ağa
 
Məmməd ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fatma
 
Hüseyn ağa
 
Mahiyə
Kərim ağa qızı
Şəkixanova
 
Bəhram ağa
 
Əşrəf aga,
Hidayət aga,
Əbülfət ağa,
Telli və Güllü
 
Balacaxanım
 
İsmayıl Alıcanbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli (Fətəli) xan,
Hacı xan,
Cəmil xan
 
 
 
Cəfər Cəfərov
 
Zeynəb
 
 
 
Qönçə Qazıyeva
 
Lütfiyyə Mustafayeva
 
Veysəl Mustafayev
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DilşadElşad (qadın)MəmləkətBəhramƏşrəfHidayətRahiləƏbülfət
 
Rauf və Fərid
 
 
HəmidNamiq


Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...