Qönçə Qazıyeva
Qönçə Qazıyeva (1916–1992) — tanınmış həkim, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri. Uzun müddət Bakı şəhər 26 Bakı Komissarları adına 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri idi.
Qönçə Qazıyeva | |
---|---|
Qazıyeva (Alıcanbəyova) Qönçə İsmayıl qızı | |
Qönçə Qazıyeva. | |
Doğum tarixi | 16 dekabr 1916[qeyd 1] |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 16 noyabr 1992 (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu, (1932–1937) |
Həyat yoldaşı | Abdulla Məmməd oğlu Qazıyev |
Evladları | Rauf və Fərid Qazıyevlər |
Atası | İsmayıl bəy Alıcanbəyov |
Anası | Balaca xanım |
Mükafatları |
|
Haqqında məlumatlarRedaktə
16 dekabr 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub[qeyd 1].
1917-ci ildə anası,
1922-ci ildə isə atası vəfat edib.
1930-cu ildə qardaşları siyasi ittihamlarla həbs edilərək güllələniblər.
TəhsiliRedaktə
1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsində təhsil alıb.
Əmək və hərbçi fəaliyyətiRedaktə
1941 – 1945-ci illərdə hospitalda hərbi cərrah,
1945 – 1950-ci illərdə 26 Bakı Komissarları adına 1-ci dəmiryol xəstəxanasında müxtəlif məsul vəzifələrdə (müalicə işləri üzrə rəis müavini, baş həkimin müavini),
1950 – 1977-ci illərdə baş həkim,
1977-ci ildən isə Bakı şəhər 3 №-li xəstəxanasının iynəterapiya kabinetinin rəhbəri vəzifəsində çalışıb.
Elmi fəaliyyətiRedaktə
1974-cü ildə iynəbatırmaqla refleks əmələgətirmə üsulu barədə namizədlik dissertasiyasını müdafiə edib. Bu müalicə üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri olub.
KitablarıRedaktə
- Qazıyeva, Qönçə İsmayıl qızı. İynəbatırma ilə müalicə.- Bakı: Azərnəşr, 1985.- 75 s.
İctimai-siyasi aktivliyiRedaktə
Dəfələrlə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib.
Təltif və mükafatlarıRedaktə
- “Döyüş xidmətlərinə görə” medalı (1943)[1];
- “Qafqazın müdafiəsinə görə” medalı[2] (1944)[3];
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (1946)[3];
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı [2](1945)[3];
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1960)[3];
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1961);
- “Fəxri dəmiryolçu” döş nişanı[2].
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965)[3];
- “Şərəf Nişanı” ordeni (1971)[3];
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970)[3];
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975)[3];
- “Əmək veteranı” medalı (1975)[3];
- “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (1978);
- 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni (1985)[1].
VəfatıRedaktə
16 noyabr 1992-ci il tarixdə – 75 yaşında, Bakıda vəfat edib.
AiləsiRedaktə
Atası: İsmayıl bəy Alıcanbəyov, Nuxa türməsinin rəisi idi, 1922-ci ildə vəfat edib.
Anası: Balaca xanım, evdar qadın olub, Şəki xanlarının nəslindən idi və 1917-ci ildə vəfat edib.
Ailədə 4 bacı və 2 qardaş olublar;
Qardaşları: Bəhram və Mustafa Alıcanbəyovlar, 1930-cu ildə hər ikisi siyasi ittihamlarla həbs edilərək güllələniblər.
Bacıları: Lütfiyə,...
Həyat yoldaşı: Abdulla Məmməd oğlu Qazıyev, 1942-ci ildə Böyük Vətən müharibəsində zabit kimi (baş politruk) iştirak etmiş və itkin düşmüşdür (sonralar on ildən artıq müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş Rəfiqə Qazıyevanın əmisi oğlu idi).
Uşaqları: Rauf (1936-cı il təvəllüdlü) və Fərid (1939-cu il təvəllüdlü) Qazıyevlər.
QeydlərRedaktə
- ↑ 1,0 1,1 Digər mənbədə təvəllüdü 1913-cü il kimi göstərilir (Память народа,).
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Казиева Гонча Исмаил-кизы : [arx. 15.05.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 15.05.2022.
- Məmmədov Ə., Xalıqov F. Казыева Гонча ханум Исмаил кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 302-303. — 1.000 nüsx.
- Mete Ə. Alıcanbəyov nəsli // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 351-352. — 500 nüsx.
- Казиева Гонча Исмаил кызы - врач : Казиева (Алджанбекова) Гонча Исмаил кызы - врач : [arx. 10 Sep 2016 - 14 Jun 2021] : [rus.] // Наш Баку. — Müraciət tarixi: 15.05.2022.
Həmçinin, bax:Redaktə
Şəkixanovlərin nəsil şəcərəsiRedaktə
Fətəli xan Məhəmmədhüseyn xan oğlu | Xurşid xanım (qubalı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kərim ağanın arvadı (Mollazədələrdən) | Kərim ağa Şəkixanov | Kərim ağanın arvadı (öz qulluqçusu) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əbdülhəmid ağa | Mustafa ağa Şəkixanov | İsmayıl ağa | Cəfər ağa | Məmməd ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fatma | Hüseyn ağa | Mahiyə Kərim ağa qızı Şəkixanova | Bəhram ağa | Əşrəf aga, Hidayət aga, Əbülfət ağa, Telli və Güllü | Balacaxanım | İsmayıl Alıcanbəyov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli (Fətəli) xan, Hacı xan, Cəmil xan | Cəfər Cəfərov | Zeynəb | Qönçə Qazıyeva | Lütfiyyə Mustafayeva | Veysəl Mustafayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dilşad | Elşad (qadın) | Məmləkət | Bəhram | Əşrəf | Hidayət | Rahilə | Əbülfət | Rauf və Fərid | Həmid və Namiq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |