"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 9: | Sətir 9: | ||
|Məzmun = {{Təqvimin bu günü}} | |Məzmun = {{Təqvimin bu günü}} | ||
|Oxuculara = | |Oxuculara = | ||
− | *[[{{str trim|{{Təqvimin bu günü|göstərmək = ad}}}} |Məqaləyə bax]] [[Şablon:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Hamısına bax]] | + | *[[{{str trim|{{Təqvimin bu günü|göstərmək = ad}}}} |Məqaləyə bax]] [[Şablon:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Hamısına bax]] {{purge|'''Yenilə'''}} |
|Redaktorlara = | |Redaktorlara = | ||
*[[:Kateqoriya:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Kateqoriyaya bax]] | *[[:Kateqoriya:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Kateqoriyaya bax]] |
17:35, 20 oktyabr 2022 versiyası
♦ Anadan olanlar (3) ♦ Vəfat edənlər (0)
17 iyun
- Tanınmış poliqrafiya işçisi, Azərbaycan SSR əməkdar poliqrafçısı və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Nəriman Veysəloğlu (Süleymanov Nəriman Veysəl oğlu) 17 iyun 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Nəriman Veysəloğlu, 2010-cu il.
Tələt Qasımov
Tələt Qasımov (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci və sabiq səhiyyə naziri; 1979 – 1992-ci illərdə Azərbaycan SSR-in (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub. 1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Atası: Əli Qasımov, Nuxada (indiki Şəki) anadan olmuş, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışmış, Bakıda tibb məktəbinin müdiri olmuş, 1941-ci ildə könüllü olaraq müharibəyə getmiş, 1942-ci ildə itkin düşmüşdür. Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürrəhmanovun əmisi qızı, həkim...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 6 iyun 2024-cü il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzinin və Şəki Ensiklopediyasının təşkilatçılığı ilə Şəkidəki Çingiz Mustafayev adına klubda Azərbaycanın görkəmli dövlət xadimi Nazim Hacıyevin anadan olmasının 100 illiyi münasibəti ilə xatirə gecəsi keçirildi.
- 5 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edildi.
- 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.
- 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.