Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Ədil xan Yelisuyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 43: Sətir 43:
 
1901-ci ildə Tiflis real  məktəbini bitirib.
 
1901-ci ildə Tiflis real  məktəbini bitirib.
  
1904 – 1907-ci illərdə [[:ru:Императорский Новороссийский университет|Novorossiya İmperator Universitetində]] (Odessa){{Sfn|Nəbiyev Ə.||s=295 }}, yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə{{Sfn|İlisu (ensiklopedik məlumat kitabı)|2012|s=334}}, yaxud nə vaxtsa Sankt-Peterburqda {{Sfn|ŞMASL, 2-ci kitab|2009|s=212-213}} təhsil alması barədə məlumatlar var<ref name=Q1 group=qeyd/>.
+
1904 – 1907-ci illərdə [[:ru:Императорский Новороссийский университет|Novorossiya İmperator Universitetində]] (Odessa){{Sfn|Nəbiyev Ə.||s=295 }}, yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə{{Sfn|İlisu (ensiklopedik məlumat kitabı)|2012|s=334}}, yaxud nə vaxtsa Sankt-Peterburqda{{Sfn|ŞMASL, 2-ci kitab|2009|s=212-213}} təhsil alması barədə məlumatlar var<ref name=Q1 group=qeyd/>.
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===

14:35, 29 yanvar 2024 versiyası

Ədil xan Sultanov
Yelisuyski Ədil xan Əhməd xan oğlu
Ədil xan Sultanov
Ədil xan Yelisuyski, 1915-ci il.
Digər adları Udil xan, Edil xan, Ədil xan İlisuyski
Doğum tarixi dekabr 1882(1882-12-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1970(1970-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Bilqeyis xanım Mehrəli bəy qızı
Uşaqları Firdovsi/Tuti (Bilqeys xanımdan), Əhmədxan və Məmmədxan (ikinci arvaddan)
Atası Əhməd xan
Anası Pəri xanım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İxtisası zootexnik
Təhsili  • Novorossiya İperator Universiteti (Odessa)[1], yaxud Leyspsik Universiteti (Almaniya), zootexnik ixtisası (1904–1907)[2]
Avtoqraf 30 noyabr 1918-ci il tarixli sənəddə imzası.
Adının digər versiyası rus.: Адил-Хан Елисуйский

Ədil xan Yelisuyski (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. 1918-ci ildə Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.

Haqqında məlumatlar

1882-ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olub.

1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib.

Təhsili

1901-ci ildə Tiflis real məktəbini bitirib.

1904 – 1907-ci illərdə Novorossiya İmperator Universitetində (Odessa)[1], yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[2], yaxud nə vaxtsa Sankt-Peterburqda[3] təhsil alması barədə məlumatlar var[qeyd 1].

Əmək fəaliyyəti

1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb.

1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib.

1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi[qeyd 2].

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb.

14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

Ailəsi

Ədil xan (solda, ayaq üstə); Mehrəli bəy – Ədil xanın qayınatası (solda, oturan yerdə), Xanoğlan bəy – Ədil xanın qaynı və Mehrəli bəyin oğlu (sağda, ayaq üstə); Bilqeyis xanım – Ədil xanın arvadı, Mehrəli bəyin qızı və Xanoğlan bəyin bacısı (oturan yerdə, sağda).
Tuti Ədil xan qızı (solda, oturan yerdə), arxasındakı nəvəsidir (qızının qızı). Üçüncü şəxs isə Şəkidən Türkiyəyə qonaq getmiş Müqabil Baqiyevdir. 1999-cı il, Türkiyə.

İki dəfə ailə qurub.

Birinci arvadı Bilqeys xanım Mehrəli bəy qızından doğulmuş bir qızı uşaq yaşında ikən vəfat edib. Onu Nuxanın Sarıtorpaq məhəlləsindəki evlərinin həyətindəki kiçik məscidin[qeyd 3] yanında dəfn ediblər. Firdovsi, yaxud Tutu adlı digər bir qızı Azərbaycanın sovetləşməsindən sonra Türkiyədə qalıb[qeyd 4]. İkinci arvadından Əhmədxan adlı və Məmmədxan adlı iki oğlu olub və onlar özü ilə birlikdə Kirovabadda (indiki Gəncə) yaşayıblar.

Vəfatı

1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib.

Nəsil şəcərəsi


 
 
 
 
 
 
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
?
 
Səkinə bəyim
 
əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
 
 
 
 
 
 
 
Əhməd xan
 
Pəri xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim
 
Sehran bəyim
 
Teymur xan
 
Ədil xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qeydlər

  1. Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır və bu səbəbdən də onun barəsində Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)” kitabında məlumat getməmişdir.
  2. Professor Ədalət Tahirzadənin öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.
  3. Ehtimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
  4. 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüşdür.

İstinadlar

Ədəbiyyat

  1. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  2. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  3. Ədil xan // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 212-218. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı:  288. — 200 nüsx.

Videolar