"Ədil xan Yelisuyski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 36: | Sətir 36: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 1882-ilin dekabr ayında [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. | + | 1882-ilin dekabr ayında{{Sfn|Nəbiyev Ə.||s=295 }} [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub. |
− | 1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib. | + | 1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib{{Sfn|Nəbiyev Ə.||s=295 }}. |
===Təhsili=== | ===Təhsili=== | ||
− | 1901-ci ildə Tiflis real məktəbini bitirib. | + | 1901-ci ildə Tiflis real məktəbini bitirib{{Sfn|Nəbiyev Ə.||s=295 }}. |
1904 – 1907-ci illərdə [[:ru:Императорский Новороссийский университет|Novorossiya İmperator Universitetində]] (Odessa){{Sfn|Nəbiyev Ə.||s=295 }}, yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə{{Sfn|İlisu (ensiklopedik məlumat kitabı)|2012|s=334}}, yaxud nə vaxtsa Sankt-Peterburqda{{Sfn|ŞMASL, 2-ci kitab|2009|s=212-213}} təhsil alması barədə məlumatlar var<ref name=Q1 group=qeyd/>. | 1904 – 1907-ci illərdə [[:ru:Императорский Новороссийский университет|Novorossiya İmperator Universitetində]] (Odessa){{Sfn|Nəbiyev Ə.||s=295 }}, yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə{{Sfn|İlisu (ensiklopedik məlumat kitabı)|2012|s=334}}, yaxud nə vaxtsa Sankt-Peterburqda{{Sfn|ŞMASL, 2-ci kitab|2009|s=212-213}} təhsil alması barədə məlumatlar var<ref name=Q1 group=qeyd/>. | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu [[Daşüz|Daşüz kəndinə]] köçürüb. | + | 1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu [[Daşüz|Daşüz kəndinə]] köçürüb{{Sfn|Nəbiyev Ə.||s=295 }}. |
− | 1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib. | + | 1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib{{Sfn|Nəbiyev Ə.||s=295 }}. |
1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi<ref name=Q2 group=qeyd/>. | 1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi<ref name=Q2 group=qeyd/>. | ||
Sətir 54: | Sətir 54: | ||
1920-ci ilin aprel ayında da Nuxa şəhərinin başçısı vəzifəsində çalışması barədə məlumatlar var<ref name=Q3 group=qeyd/>. | 1920-ci ilin aprel ayında da Nuxa şəhərinin başçısı vəzifəsində çalışması barədə məlumatlar var<ref name=Q3 group=qeyd/>. | ||
− | 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb. | + | 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb{{Sfn|Nəbiyev Ə.||s=295 }}. |
− | 14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. | + | 14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb{{Sfn|Nəbiyev Ə.||s=295 }} və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb{{Sfn|İlisu (ensiklopedik məlumat kitabı)|2012|s=334}}. |
===Ailəsi=== | ===Ailəsi=== | ||
Sətir 69: | Sətir 69: | ||
Ədil xanın Bilqeys xanımdan doğulmuş bir oğlunun adı Əhmədxan, ikinci oğlunun adı isə Məmmədxan olub. Onlar da Kirovabadda (indiki Gəncə) yaşayıblar. | Ədil xanın Bilqeys xanımdan doğulmuş bir oğlunun adı Əhmədxan, ikinci oğlunun adı isə Məmmədxan olub. Onlar da Kirovabadda (indiki Gəncə) yaşayıblar. | ||
− | Ədil xanın hansısa arvadından doğulmuş bir qızı isə uşaq yaşında ikən vəfat edib. Onu Nuxadakı evlərinin (ev Sarıtorpaq məhəlləsində, Gödək minarənin yaxınlığında idi) həyətindəki kiçik məscidin<ref name=Q5 group=qeyd/> yanında dəfn ediblər | + | Ədil xanın hansısa arvadından doğulmuş bir qızı isə uşaq yaşında ikən vəfat edib. Onu Nuxadakı evlərinin (ev Sarıtorpaq məhəlləsində, Gödək minarənin yaxınlığında idi) həyətindəki kiçik məscidin<ref name=Q5 group=qeyd/> yanında dəfn ediblər<ref name=Q6 group=qeyd/>. |
=== Vəfatı=== | === Vəfatı=== | ||
Sətir 98: | Sətir 98: | ||
<ref name=Q2>[[Ədalət Tahirzadə|Professor Ədalət Tahirzadənin]] öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.</ref> | <ref name=Q2>[[Ədalət Tahirzadə|Professor Ədalət Tahirzadənin]] öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.</ref> | ||
<ref name=Q3>Deyilənə görə özü deyibmiş ki, XI Qızıl Ordu Nuxaya yaxınlaşanda Nuxanın 12 km-liyində – Qarasuda, onları qarşılayıb və özünü Nuxa şəhərinin başçısı kimi təqdim edib {{Harvnb|ŞMASL, 2-ci kitab|2009|p=214}}.</ref> | <ref name=Q3>Deyilənə görə özü deyibmiş ki, XI Qızıl Ordu Nuxaya yaxınlaşanda Nuxanın 12 km-liyində – Qarasuda, onları qarşılayıb və özünü Nuxa şəhərinin başçısı kimi təqdim edib {{Harvnb|ŞMASL, 2-ci kitab|2009|p=214}}.</ref> | ||
− | <ref name= | + | <ref name=Q4>Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş {{Harvnb|İlisu (ensiklopedik məlumat kitabı)|2012|p=336}}, amma digər məlumata görə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir {{Harvnb|ŞMASL, 2-ci kitab|2009|p=216}}.</ref> |
− | <ref name= | + | <ref name=Q5>Ehtimal olunur ki həmin məscidi [[Hacı Tuti ağa]] tikdirmişdir.</ref> |
+ | <ref name=Q6>Bəzi məlumatlara görə Ədil xan 1950-ci illərin sonu 1960-cı illər arasında Nuxada yaşayarkən həmin qəbri açmış, sümükləri başqa qəbiristanlığa köçürmüşdür {{Harvnb|ŞMASL, 2-ci kitab|2009|p=215}}.</ref> | ||
}} | }} | ||
16:41, 29 yanvar 2024 versiyası
Ədil xan Sultanov | |
---|---|
Yelisuyski Ədil xan Əhməd xan oğlu | |
Ədil xan Yelisuyski, 1915-ci il. | |
Digər adları | Udil xan, Edil xan, Ədil xan İlisuyski |
Anadan olub | dekabr 1882 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Rusiya İmperiyası |
Vəfat edib | 1970 |
Vəfat etdiyi yer | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | İmamzadə qəbiristanlığı |
Həyat yoldaşları | özünün əmisi qızı (türkiyəli xanım), Bilqeyis xanım Mehrəli bəy qızı |
Uşaqları | Qədəm/Firdovsi/Tuti (türkiyəli xanımdan), Əhmədxan və Məmmədxan (qazaxlı Bilqeyis xanımdan) |
Atası | Əhməd xan |
Anası | Pəri xanım |
Vətəndaşlıq | SSRİ |
İxtisası | zootexnik |
Təhsili | • Novorossiya İperator Universiteti (Odessa)[1], yaxud Leyspsik Universiteti (Almaniya), zootexnik ixtisası (1904–1907)[2] |
Avtoqraf | |
Adının digər versiyası | rus.: Адил-Хан Елисуйский |
Ədil xan Yelisuyski (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. 1918-ci ildə Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.
Haqqında məlumatlar
1882-ilin dekabr ayında[1] Nuxada (indiki Şəki) anadan olub.
1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib[1].
Təhsili
1901-ci ildə Tiflis real məktəbini bitirib[1].
1904 – 1907-ci illərdə Novorossiya İmperator Universitetində (Odessa)[1], yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[2], yaxud nə vaxtsa Sankt-Peterburqda[3] təhsil alması barədə məlumatlar var[qeyd 1].
Əmək fəaliyyəti
1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb[1].
1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib[1].
1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi[qeyd 2].
1920-ci ilin aprel ayında da Nuxa şəhərinin başçısı vəzifəsində çalışması barədə məlumatlar var[qeyd 3].
1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb[1].
14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb[1] və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb[2].
Ailəsi
İki dəfə ailə qurub.
İki dəfə ailə qurub. Birinci arvadı Türkiyədən idi və öz əmisi qızı olub. Lakin sonra boşanıb Türkiyəyə gedib və Ədil xandan doğduğu qızını da özü ilə Türkiyəyə aparıb. İkinci arvadı qazaxlı Bilqeys xanım Mehrəli bəy qızı olub. Bu arvadından iki oğlu doğulub.
Əmisi qızından doğulmuş qızının adının “Firovs”[4], yaxud “Qədəm”[5] olması barədə məlumatlar var[qeyd 4]. Lakin 1999-cu ildə Şəkidən Türkiyəyə getmiş Müqabil Baqiyev orada Ədil xanın “Tuti” adlı ahıl yaşlı qızı ilə və Tutinin nəvəsi (qızının qızı) ilə görüşmüşdür. Digər məlumatlara görə isə elə həmin illərdə Şəkidən Türkiyəyə getmiş Roza adlı qadın (Abdulla Həşimovun həyat yoldaşı) İstanbul Universitetində oxuyan öz oğlu Abidinlə orada Ədil xanın qızı “Firdövs” adlı qızı ilə görüşmüş, bu görüşdə Firdövsün Almaniyada yaşayan oğlu da iştirak etmiş və bu görüşdə Firdövs öz qız nəvəsinin İngiltərə şahzədəsi ilə evlənməsi barədə onlara məlumat vermişdir[4].
Ədil xanın Bilqeys xanımdan doğulmuş bir oğlunun adı Əhmədxan, ikinci oğlunun adı isə Məmmədxan olub. Onlar da Kirovabadda (indiki Gəncə) yaşayıblar.
Ədil xanın hansısa arvadından doğulmuş bir qızı isə uşaq yaşında ikən vəfat edib. Onu Nuxadakı evlərinin (ev Sarıtorpaq məhəlləsində, Gödək minarənin yaxınlığında idi) həyətindəki kiçik məscidin[qeyd 5] yanında dəfn ediblər[qeyd 6].
Vəfatı
1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib. Oradakı İmamzadə qəbiristanlığında, arvadı Bilqeysin qəbrinin yanında dəfn olunub.
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | ? | Səkinə bəyim | əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | Əhməd xan | Pəri xanım | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | Ədil xan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeydlər
- ↑ Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır və bu səbəbdən də onun barəsində Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)” kitabında məlumat getməmişdir.
- ↑ Professor Ədalət Tahirzadənin öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.
- ↑ Deyilənə görə özü deyibmiş ki, XI Qızıl Ordu Nuxaya yaxınlaşanda Nuxanın 12 km-liyində – Qarasuda, onları qarşılayıb və özünü Nuxa şəhərinin başçısı kimi təqdim edib (ŞMASL, 2-ci kitab, 2009, s. 214).
- ↑ Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), amma digər məlumata görə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216).
- ↑ Ehtimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
- ↑ Bəzi məlumatlara görə Ədil xan 1950-ci illərin sonu 1960-cı illər arasında Nuxada yaşayarkən həmin qəbri açmış, sümükləri başqa qəbiristanlığa köçürmüşdür (ŞMASL, 2-ci kitab, 2009, s. 215).
İstinadlar
- ↑ 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 Nəbiyev Ə., s. 295.
- ↑ 2,0 2,1 2,2 İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 334.
- ↑ ŞMASL, 2-ci kitab, 2009, s. 212-213.
- ↑ 4,0 4,1 İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336.
- ↑ ŞMASL, 2-ci kitab, 2009, s. 216.
Ədəbiyyat
- Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
- Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı: 416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
- Ədil xan // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 212-218. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
- Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı: 288. — 200 nüsx.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- 1882-ci ildə doğulanlar
- Dekabrda doğulanlar
- 1970-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr