Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Ədil xan Yelisuyski" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 33: Sətir 33:
 
  |Commons                =  
 
  |Commons                =  
 
}}
 
}}
'''Ədil xan Yelisuyski''' (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. 1918-ci ildən Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.
+
'''Ədil xan Yelisuyski''' (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

16:49, 29 yanvar 2024 versiyası

Ədil xan Sultanov
Yelisuyski Ədil xan Əhməd xan oğlu
Ədil xan Sultanov
Ədil xan Yelisuyski, 1915-ci il.
Digər adları Udil xan, Edil xan, Ədil xan İlisuyski
Anadan olub dekabr 1882(1882-12-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1970(1970-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat etdiyi yer Kirovabad (indiki Gəncə), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri İmamzadə qəbiristanlığı
Həyat yoldaşları özünün əmisi qızı (türkiyəli xanım), Bilqeyis xanım Mehrəli bəy qızı
Uşaqları Qədəm/Firdovsi/Tuti (türkiyəli xanımdan), Əhmədxan və Məmmədxan (qazaxlı Bilqeyis xanımdan)
Atası Əhməd xan
Anası Pəri xanım
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İxtisası zootexnik
Təhsili  • Novorossiya İperator Universiteti (Odessa)[1], yaxud Leyspsik Universiteti (Almaniya), zootexnik ixtisası (1904–1907)[2]
Avtoqraf 30 noyabr 1918-ci il tarixli sənəddə imzası.
Adının digər versiyası rus.: Адил-Хан Елисуйский

Ədil xan Yelisuyski (1882–1970) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. Həm İlisu sultanlarının, həm Şəki xanlarının, həm də Xoyskilərin nəslindən idi.

Haqqında məlumatlar

1882-ilin dekabr ayında[1] Nuxada (indiki Şəki) anadan olub.

1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib[1].

Təhsili

1901-ci ildə Tiflis real məktəbini bitirib[1].

1904 – 1907-ci illərdə Novorossiya İmperator Universitetində (Odessa)[1], yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[2], yaxud nə vaxtsa Sankt-Peterburqda[3] təhsil alması barədə məlumatlar var[qeyd 1].

Əmək fəaliyyəti

1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb[1].

1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib[1].

1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi[qeyd 2].

1920-ci ilin aprel ayında da Nuxa şəhərinin başçısı vəzifəsində çalışması barədə məlumatlar var[qeyd 3].

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb[1].

14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb[1] və ZSFSR Kənd Təsərrüfatı Nazirliyində atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb[2].

Ailəsi

Ədil xan (solda, ayaq üstə); Mehrəli bəy – Ədil xanın qayınatası (solda, oturan yerdə), Xanoğlan bəy – Ədil xanın qaynı və Mehrəli bəyin oğlu (sağda, ayaq üstə); Bilqeyis xanım – Ədil xanın arvadı, Mehrəli bəyin qızı və Xanoğlan bəyin bacısı (oturan yerdə, sağda).
Tuti Ədil xan qızı (solda, oturan yerdə), arxasındakı nəvəsidir (qızının qızı). Üçüncü şəxs isə Şəkidən Türkiyəyə getmiş Müqabil Baqiyevdir. 1999-cı il, Türkiyə.

İki dəfə ailə qurub.

İki dəfə ailə qurub. Birinci arvadı Türkiyədən idi və öz əmisi qızı olub. Lakin sonra boşanıb Türkiyəyə gedib və Ədil xandan doğduğu qızını da özü ilə Türkiyəyə aparıb. İkinci arvadı qazaxlı Bilqeys xanım Mehrəli bəy qızı olub. Bu arvadından iki oğlu doğulub.

Əmisi qızından doğulmuş qızının adının “Firovs”[4], yaxud “Qədəm”[5] olması barədə məlumatlar var[qeyd 4]. Lakin 1999-cu ildə Şəkidən Türkiyəyə getmiş Müqabil Baqiyev orada Ədil xanın “Tuti” adlı ahıl yaşlı qızı ilə və Tutinin nəvəsi (qızının qızı) ilə görüşmüşdür. Digər məlumatlara görə isə elə həmin illərdə Şəkidən Türkiyəyə getmiş Roza adlı qadın (Abdulla Həşimovun həyat yoldaşı) İstanbul Universitetində oxuyan öz oğlu Abidinlə orada Ədil xanın qızı “Firdövs” adlı qızı ilə görüşmüş, bu görüşdə Firdövsün Almaniyada yaşayan oğlu da iştirak etmiş və bu görüşdə Firdövs öz qız nəvəsinin İngiltərə şahzədəsi ilə evlənməsi barədə onlara məlumat vermişdir[4].

Ədil xanın Bilqeys xanımdan doğulmuş bir oğlunun adı Əhmədxan, ikinci oğlunun adı isə Məmmədxan olub. Onlar da Kirovabadda (indiki Gəncə) yaşayıblar.

Ədil xanın hansısa arvadından doğulmuş bir qızı isə uşaq yaşında ikən vəfat edib. Onu Nuxadakı evlərinin (ev Sarıtorpaq məhəlləsində, Gödək minarənin yaxınlığında idi) həyətindəki kiçik məscidin[qeyd 5] yanında dəfn ediblər[qeyd 6].

Vəfatı

1970-ci ildə – 88 yaşında, Kirovabadda (indiki Gəncə) vəfat edib. Oradakı İmamzadə qəbiristanlığında, arvadı Bilqeysin qəbrinin yanında dəfn olunub.

Nəsil şəcərəsi


 
 
 
 
 
 
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
?
 
Səkinə bəyim
 
əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
 
 
 
 
 
 
 
Əhməd xan
 
Pəri xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim
 
Sehran bəyim
 
Teymur xan
 
Ədil xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qeydlər

  1. Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır və bu səbəbdən də onun barəsində Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)” kitabında məlumat getməmişdir.
  2. Professor Ədalət Tahirzadənin öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.
  3. Deyilənə görə özü deyibmiş ki, XI Qızıl Ordu Nuxaya yaxınlaşanda Nuxanın 12 km-liyində – Qarasuda, onları qarşılayıb və özünü Nuxa şəhərinin başçısı kimi təqdim edib (ŞMASL, 2-ci kitab, 2009, s. 214).
  4. Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), digər məlumata görə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216).
  5. Ehtimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
  6. Bəzi məlumatlara görə Ədil xan 1950-ci illərin sonu 1960-cı illər arasında Nuxada yaşayarkən həmin qəbri açmış, sümükləri başqa qəbiristanlığa köçürmüşdür (ŞMASL, 2-ci kitab, 2009, s. 215).

İstinadlar

Ədəbiyyat

  1. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  2. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  3. Ədil xan // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 212-218. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı:  288. — 200 nüsx.

Videolar