"Fərrux Həmidzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | + | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış həkimlər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]][[Kateqoriya:Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları]] | |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Fərrux Həmidzadə | |Adı = Fərrux Həmidzadə |
Səhifəsinin 21:08, 6 iyun 2024 tarixinə olan son halı
Fərrux Həmidzadə | |
---|---|
Həmidzadə Fərrux Yunus oğlu | |
Fərrux Həmidzadə. | |
Anadan olub | 6 iyun 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1 may 1974 (60 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Aişə |
Uşaqları | Dinar, Şəfəq, Nigar |
Atası | Yunus |
Anası | Xatın |
Təhsili | • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937) |
Mükafatları |
|
Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
6 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Nuxada yeddillik məktəbi və
1932-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1932-ci ildə bir neçə ay Nuxa MTS-də işləyib (Baş Zəyzid kəndində aqronom).
1937-ci ildən, əvvəl bir müddət Gədəbəy rayon səhiyyə şöbəsinin müdiri, sonra isə Qax rayon xəstəxanasında baş həkim,
1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,
1946 – 1974-cü illərdə əvvəl Nuxa şəhər, sonra Nuxa rayon, daha sonra yenidən Nuxa şəhər səhiyyə şöbəsinin müdiri,
1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,
1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
25 noyabr 1937-ci il tarixdə Qax Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısıdır. 1945-ci ildə tibb xidməti mayoru idi.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Döyüş xidmətlərinə görə” medalı (27.12.1942);
- “Qafqazın müdafiəsinə görə” medalı (01.05.1944)
- “Qırmızı Ulduz” ordeni (02.08.1944);
- SSRİ Ali Baş Komandanın təşəkkürü (5 dəfə) Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə;
- I dərəcəli “Vətən Müharibəsi” ordeni (21.03.1945);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “İgidliyə görə” medalı;
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1964);
- “Səhiyyə əlaçısı” döş nişanı.
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1948, 1961 və 1963-cü illərdə Nuxa şəhər Sovetinin, 1951, 1957, 1959, 1965-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.
1948-ci ildə şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin icraiyyə komitəsinin heyətinə üzv seçilib. O cümlədən, şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin səhiyyə şöbəsi müdiri vəzifəsinə təsdiq edilib.
Vəfatı[redaktə | HTML redaktə]
1 may 1974-cü il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
Övladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həkimi, Nigar – Şəki Şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Гамид-заде Фаррух Юнус-оглы : [arx. 13.06.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.06.2023.
- Гамидзаде Фаррух Юнус-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
- Гамид-заде Фаррух Юнус-оглы : Картотека награждений : [arx. 22.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 22.07.2021.
- Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 342-343. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 6 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1974-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr