Məlik Səfiqulu
Bu səhifədə iş davam etməkdədir. |
Məlik Səfiqulu (?–?) — XVII əsrin ofrtalarında Şəki məliyi olmuş şəxs.
Məlik Səfiqulu | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Xələfi | Məlik Həsən | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə | ||||
Atası | Məlik Səfiqulu | ||||
Uşaqları | Məhəmmədbağır, Səfərqulu |
Haqqında məlumatlar
1633-cü ilin avqust/sentyabr ayında
1650-ci illərdə bütün Şəki vilayətinə məlik təyin edilmişdir. Həmin təyinatdan sonra ona Şəkərənd (Şəkrənd ya Şəkri) kəndinin vergiləri hesabına ildə 14 tümən məbləğində maaş təyin olunmuşdur. Təxminən, 15 il müddətdə qeyd olunan vəzifədə qalmışdır. Nəhayət, II Şah Abbasın hakimiyyətinin son dövrlərində Səfiqulu Şəki vilayətinin məlikliyi vəzifəsindən götürülmüş, onun bütün sərvət və əmlakı isə Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfi (Şah Süleyman) Məlik Səfiqulunun sərvət və əmlakının geri qaytarılması haqqında göstəriş vermiş, onun böyük oğlu Məhəmmədbağırı isə İsfahana aparmış və sonralar sarayda rikabdarlıq vəzifəsini ona apşırmışdır[1].
İstinadlar
Ədəbiyyat
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 108-112. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |