Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əhməd Rəhimli

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:25, 10 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əhməd Rəhimli
Rəhimli Əhməd Əlirza oğlu
Əhməd Rəhimli
Əhməd Rəhimli.
Anadan olub 22 dekabr 1906(1906-12-22)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 21 dekabr 1985 (78 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Azər RəhimliMənzər Rəhimli
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Nuxa kişi seminariyası (–1924)

 • Azərbaycan Dövlət Darülfünu/Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1929–1932)

 • ÜK(b)P MK yanında Lenin kursları (1944–1945)
Mükafatları

"Qırmızı Əmək Bayrağı" ordeni  — 1939"Qafqazın müdafiəsinə görə" medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946

Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1975"Əmək veteranı" medalı — 1976"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985

Əhməd Rəhimli (1906–1985) — sovet dövrində Azərbaycanda tanınmış partiya və təhsil işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa və Bakı şəhər, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

22 dekabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki) dabbaq ailəsində anadan olub.

Təhsili

Nuxada ibtidai təhsil aldıqdan sonra Nuxa giminaziyasının ehtiyat sinfinə daxil olub. Lakin ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə gimnaziyada təhsilini davam etdirə bilməyib. Lakin Nuxa şəhər ali iptidai məktəbinin ikinci sinfinə daxil olub və burada giminaziya ilə müqayisədə üç dəfə az təhsil haqqı ödəməklə təhsilini davam etdirib.

1924-ci ildə Nuxa kişi seminariyasını bitirib.

1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində,

1944-cü ilin aprel ayından etibarən il yarım müddətdə ÜK(b)P MK yanında Lenin kurslarında təhsil alıb.

Əmək fəaliyyəti

1946-cı ildə 2-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədin – Azərbaycan K(b)P Bakı şəhər-rayon komitəsinin birinci katibi Əhməd Rəhimlinin, seçkiqabağı təbliğat vərəqəsi.

Nuxa kişi seminariyasında təhsil alarkən paralel olaraq məktəb çitabxanasında işləyib.

1924 – 1929-cu illərdə əvvəl Qax ibtidai məktəbinə müəllim və müdir, sonra Zaqatala ibtidai məktəbində, Zaqatala kənd təsərrüfatı texnikumunda müəllim, xalq maarif şöbəsində metodist-təlimatçı,

1932 – 1933-сü illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim,

1933 – 1936-cı illərdə Nuxa tibb fəhlə fakültəsinin əvvəl tədris hissə müdiri, sonra isə direktoru,

1936 – 1942-cı illərdə əvvəl Nuxa Stalin adına Pedaqoji məktəbində riyaziyyat müəllimi, sonra Nuxa şəhər maarif şöbəsinin müdiri, fizik-riyaziyyat fakültəsinin müəllimi və direktoru, Nuxa İkiillik Müəllimlər İnstitutunun tədris hissəsi müdiri,

1942-сi ilin aprel – avqust aylarında Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin ikinci katibi,

1942-ci ilin avqust ayından 1944-cü il mart ayının 17-nə qədər Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci katibi,

1945-ci ilin dekabrından – 1949-cu ilədək Azərbaycan K(b)P Bakı şəhər rayon komitəsinin birinci katibi,

1949-cu ildə bir müddət Azərbaycan KP MK-da məsul təşkilatçı,

16 yanvar 1949-cu il tarixdən 1 may 1951-ci il tarixədək Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi,

1951 – 1953-cü illərdə əvvəl Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində əmək ehtiyatları idarəsində birinci müavin, sonra Bakı Vilayət Xalq Maarif Şöbəsinin müdiri, daha sonra Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini,

1953 – 1960-cı illərdə Azərbaycan SSR maarif nazirinin birinci müavini,

1960 – 1963-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsində şikayət bürosunun müdiri,

1963-cü ildən Bakı Yerli Sənaye Texnologiya Texnikumunun direktoru vəzifəsində çalışıb. Bundan sonra respublika əhəmiyyətli fərdi təqaüdə çıxıb.

Digər

1939-cu ildən ÜİK(b)P üzvü olub.

1946 – 1950-ci illərdə II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1959-cu ildə redaktorluğu və rus dilindən tərcüməsi əsasında 6 – 8-ci siniflər üçün ilk “Həndəsə” dərsliyi hazırlanmış və çap edilmişdir.

1965-ci ildən Bakı şəhər Xalq Nəzarəti Komitəsində ictimai əsaslarla ştatdankənar xalq maarif şöbəsinin səhiyyə, mədəniyyət və elm bölmələrinə başçılıq edib.

Təltif və mükafatları

Vəfatı

21 dekabr 1985-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Рагимли Ахмед Али Риза-оглы : [arx. 10.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 10.11.2021.
  2. Şükürov R., Orsər R. Rəhimli Əhməd Əli-Rza oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 167-168. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Əhməd Əlirza oğlu Rəhimli // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 277. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Məmmədov Ə., Xalıqov F. Rəhimli Əhməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 325-326. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Kitabları

  • Rəhimli, Ə.Ə. Azərbaycan SSR-də xalq maarifini daha da inkişaf etdirmək haqqında / Əhməd Rəhimli; red. C.Məmmədov.- Bakı: Azərtədrisnəşr, 1959.- 16 s.; 20 sm.- (SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisi).- 1000 nüsx.

Həmçinin, bax: