Məlik Cəfər
Məlik Cəfər (?–+1746) — 1740-cı illərin ikinci yarısında qısa müddət Şəki məliyi olmuş şəxs. Daha əvvəlki məlik Məlik Nəcəfqulunun qardaşı oğludur. 3 mart 1746-cı il tarixdə Nadir şah tərəfindən Şəkinin məliyi vəzifəsinə təyin olunmuşdur[1].
Məlik Cəfər | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Sələfi | Məlik Nəcəfqulu | ||||
Xələfi | Şəki xanlığı yarandı | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | +1746 | ||||
Vəfat yeri | ? | ||||
Dini | islam, şiə |
Nadir şahın 1746-cı ilin sentyabr/oktyabr ayı tarixli fərmanından isə görünür ki, Şəki vilayəti əhalisinin nümayəndələri kollektiv ərizə ilə ona müraciət edərək Məlik Cəfərin bacarıqsızlığından şikayətlənmiş və həmin vəzifəyə Hacı Çələbinin böyük oğlu Həsəni təyin etməsini istəmişlər. Lakin Nadir şah bu fərmanı ilə onların xahişlərini rədd etmiş və Məlik Cəfəri vəzifəsində saxlamışdır[2].
İstinadlar
Ədəbiyyat
- 19. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 132. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 20. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 135-138. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |