Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
1 may
Sovet aviasiya sənayesi mütəxəssisi, Şəki xan nəslinin davamçısılarından biri və Kərim ağa Şəkixanovun nəticəsi Cəmil Şəkixanov (1903–1993) 1 may 1903-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
“Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidə xüsusi müxbiri olmuş tanınmış jurnalist Məmmədsani Məmmədov (1905–1984) 1 may 1905-ci il tarixdə Ağdaşda – 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxıdan Ağdaşa köçmüş ailədə anadan olub. 1930-cu ilin aprel ayında Azərbaycan SSR-in şimal-qərb bölgəsində baş vermiş anti-sovet üsyanı zamanı sövet hökumətinin Nuxa şəhərindəki sonuncu dayaq məntəqəsinin – poçt binasının, müdafiəçilərindən biri olub. Azərbaycan Respublikasının əməkdar jurnalistiSalis Məmmədovun atası, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayevin isə dayısıdır.
Şəkil: Məmmədsani Məmmədov, 1970-ci il.
1 may
Tarix elmləri namizədi, tərcüməçi, Azərbaycan Demokrat Partiyasının (İran) liderlərindən biri və keçmiş hərbi təyyarəçi Tağı Musəvi (1918–2000) 1 may 1918-ci il tarixdə Təbrizdə kəndli ailəsində anadan olub.
Şəkil: Tağı Musəvi (1985).
1 may
Tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fərrux Həmidzadə (1913–1974) 1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.
Şəkil: Fərrux Həmidzadə.
1 may
Tanınmış pedaqoq, tarix elmləri namizədi, dosent, Azərbaycan SSR əməkdar müəllimiSəidə İmanzadə (1910–1992) 1 may 1992-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Xülasə sayı:6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)