Ədilxan Yelisuyski

(Ədil xan Yelisuyski səhifəsindən yönləndirilmişdir)
......

Ədilxan Yelisuyski (1882–1971) — atçılıq sahəsi üzrə tanınmış mütəxəssis və iş adamı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Nuxa şəhər idarəsinin başçısı vəzifəsində çalışmışdır. İlisu sultanlarının qohumu, Şəkinin yerli xanlarının və Xoyskilərin nəslindən idi.

Ədilxan Yelisuyski
Yelisuyski Ədilxan Əhməd xan oğlu
Ədilxan Yelisuyski
Ədilxan Yelisuyski.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1882-ilin dekabr ayında[1] Nuxada (indiki Şəki) anadan olub.

1891-ci ildə – 9 yaşı olarkən, 31 yaşlı atası vəfat edib[2].

Təhsili Vizual/Mobil redaktə

1901-ci ildə Tiflis real məktəbini bitirib[3].

1904 – 1907-ci illərdə Novorossiya İmperator Universitetində (Odessa)[4], yaxud nə vaxtsa Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə[5], yaxud nə vaxtsa Sankt-Peterburqdakı ali təhsil müəssisələrindən birində[6] təhsil alması barədə məlumatlar var, lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır[qeyd 1].

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1907-ci ildə Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaradıb. Bir neçə ildən sonra həmin zavodu Daşüz kəndinə köçürüb[7].

1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olub. Lakin Birinci Dünya müharibəsinin başlanmasından sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna verib[8].

1918-ci ilin noyabr ayında Nuxa şəhər idarəsinin başçısı idi[qeyd 2].

1920-ci ilin aprel ayında da Nuxa şəhərinin başçısı vəzifəsində çalışması barədə məlumatlar var[qeyd 3].

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət atçılıq təsərrüfatı milliləşdirilib. Lakin bu təsərrüfatın idarə edilməsinə elə özü də rəhbər təyin olunub və 1928-ci ilədək həmin vəzifədə saxlanılıb[9].

14 fevral 1928-ci il tarixdə Tiflisə köçüb[10], əvvəl bir müddət ZSFSR Kənd Təsərrüfatı Nazirliyində, sonra isə uzun müddət digər kənd təsərrüfatı qurumlarında atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb[11].

Ailəsi Vizual/Mobil redaktə

İki dəfə ailə qurub. Birinci arvadı Türkiyədə yaşayan atasının əmisi Seyfulla paşanın qızı idi[qeyd 4]. Lakin qısamüddətli evlilikdən sonra o, boşanaraq Türkiyəyə qayıdıb və Ədilxandan doğduğu qızı Firdovsu da özü ilə Türkiyəyə aparıb[qeyd 5]. Firdovs böyüyəndən sonra Türkiyədə Səlim Tüncay adlı şəxslə ailə qurub, Müxlis adlı oğlanları və Qədəm adlı qızları doğulub. Qədəm yuqoslaviyalı müsəlmana ərə gedib.

İkinci arvadı Zülqədərovlardan Mehrəli bəyin qızı Bilqeyis xanım (1888–?.07.1978.) olub. Ondan isə üç oğlu və bir qızı doğulub:

  1. Fuadəhməd (21.01.1914–03.07.1990), dəmiryolçu olub və bu sahədə baş mühəndis vəzifəsində çalışıb, partiyaçı olmayıb. Həyat yoldaşı Leyla (03.09.1917 - 24.02.1997), 1937-ci il repressiyası qurbanı olan Yusif Tahirovun qızı idi. 4 oğlu olub: Tamerlan (Teymur), Nadir, TofiqVaqif. Vaqif (09.03.1952), 1990-cı ildə Ağdaş–Qazax qaz kəməri sahəsi üzrə rəis vəzifəsində çalışıb.
  2. Məmmədmüxlis (22.03.1915–26.06.1992), 14 il Ümumittifaq tabeliyində fəaliyyət göstərən Kirovabad cihazqayırma zavodunun direktoru olub. Övladları Teymur, ZemfiraFaiq. Faiq (15.06.1953 – 31.07.2016.) 1990-cı illərdə atasının vəzifəsində çalışıb.
  3. Tuti (1923–2005).
  4. Seyfullapaşa (1925–1944), Nuxada anadan olub. Böyük Vətən müharibəsində itkin düşüb.

Ədilxanın hansısa arvadından doğulmuş bir qızı isə uşaq yaşında ikən vəfat edib və Ədilxanın Nuxadakı evinin (Sarıtorpaq məhəlləsində, Gödək minarənin yaxınlığında) həyətindəki kiçik məscidin[qeyd 6] yanında dəfn olunmuşdu[qeyd 7].

Ədilxanın ikinci həyat yoldaşı Bilqeyis, Ədilxandan 7 il sonra – 1978-ci ildə vəfat edib və Ədilxanın qəbrinin yanında dəfn olunub.

Vəfatı Vizual/Mobil redaktə

1 fevral 1971-ci il tarixdə – 88 yaşında, Tbilisidə vəfat edib.

2 fevralda dəfn olunmaq üçün cənazəsi Kirovabada (indiki Gəncə) gətirilib.

3 fevralda İmamzadə qəbiristanlığında dəfn olunub.

Nəsil şəcərəsi

İsmayıl xan və Hacı Tuti ağadan başlayan nəslin şəcərəsi Vizual/Mobil redaktə


 
Kəlbəli bəy
 
Sara bəyim
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
Lələ ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
 
 
 
 
Hacı ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
Böyük bəyim
 
Məhəmməd paşa Müxlis
 
Nanə və Firdovs
 
Adıgörklü, Məhəmmədsadiq
 
Seyfulla paşa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim, Sehran bəyim, Teymur xan
 
Cəfərqulu xan
 
Əhməd xan
 
Pəri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
Bilqeys
 
Ədilxan
 
Məqbulə, yaxud bacısı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)
 
Leyla
 
Fuadəhməd
 
Məmmədmüxlis
 
Tuti
 
Seyfullapaşa
 
Firdovs
 
Səlim Tüncay
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tamerlan (Teymur), Nadir, Tofiq və Vaqif
 
 
 
Teymur, Zemfira və Faiq
 
 
 
 
 
 
 
 
 
Müxlis Tüncay
 
Qədəm Tüncay
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Adil Tüncay və Alev Tuncay (qardaş-bacı)
 

Şəkillər Vizual/Mobil redaktə

Qeydlər Vizual/Mobil redaktə

  1. Təhsili ilə bağlı təsdiqedici sənədlərin aşkar edilməməsi səbəbindən onun adı Misir Mərdanovla Ədalət Tahirzadənin “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)” kitabına da düşməmişdir.
  2. Professor Ədalət Tahirzadənin öz şəxsi arxivindən Şəki Ensiklopediyasına təqdim etdiyi Nuxa şəhər idarəsinin 30 noyabr 1918-ci il tarixli bir sənədindən (sənəd rus dilindədir) məlum olur ki həmin vaxt Nuxa şəhər idarəsinin rəisi Ədil xan Yelisuyski idi və Nuxa şəhər idarəsinin rəisi olaraq sənədi özü imzalamışdır.
  3. Deyilənə görə özü deyibmiş ki, XI Qızıl Ordu Nuxaya yaxınlaşarkən, Nuxanın 12 km-liyində – Qarasuda, onları qarşılayıb və özünü Nuxa şəhərinin başçısı kimi təqdim edib (ŞMASL, 2-ci kitab, 2009, s. 214).
  4. İnternetdə Seyfulla paşanın qızı olan Məqbulə adlı gənc bir qadının şəkli də var. Gənc qadın qucağında Sabit adlı oğlunu saxlayıb (Fotoğraf,). Lakin bilinmir ki, bu Seyfulla paşanın Ədilxandan boşanmış qızıdır, ya başqa qızı? İnternetdə Məqbulənin 1947-ci ildə İstanbul radiosunun “Keçmişdə bugün” adlı proqramının redaktoru Feridun Fazıl Tülbentçiyə yazdığı məktubu və sonuncunun ona cavab məktubu yerləşdirilmişdir. Feridun Fazıl Tülbentçi Məqbuləyə cavab vermişdir ki, “Atanızın vəfatı miladi tarixinə görə 9 martdır. O axşam radionuzun başında ola bilsəniz, rəhmətlik atanız haqqındakı söhbətimizi dinləyəcəksiniz” (Salt Araşdırma2,).
  5. Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), digər məlumata görə isə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216). Əslində isə o, qızı Qədəm ilə 1968-ci ildə Tbilisiyə gəlib və atası ilə görüşüb. Amma ona yalnız Gürcüstan SSR-ə viza verildiyinə görə Azərbaycana keçə bilməyib. Bəzən səhvən Qədəm Ədilxanın qızı hesab edilir (ŞMASL, 2-ci kitab, 2009), lakin o, Ədilxanın nəvəsidir (qızının qızı). 1999-cu ildə Şəkidən Türkiyəyə getmiş Müqabil Baqiyev orada Ədilxanın ahıl yaşlı qızı ilə və həmin qızın nəvəsi (qızının qızı) ilə görüşmüşdür. Digər məlumatlara görə isə elə həmin illərdə Şəkidən Türkiyəyə getmiş Roza adlı qadın (Abdulla Həşimovun həyat yoldaşı) İstanbul Universitetində oxuyan öz oğlu Abidinlə orada Ədilxanın Firdovs adlı qızı ilə görüşmüş, bu görüşdə Firdovsinin Almaniyada yaşayan oğlu da iştirak etmiş və bu görüşdə Firdovs öz qız nəvəsinin İngiltərə şahzadəsi ilə evlənməsi barədə onlara məlumat vermişdir (İlisu (ensiklopedik məlumat kitabı), 2012).
  6. Ehtimal olunur ki həmin məscidi Hacı Tuti ağa tikdirmişdir.
  7. Bəzi məlumatlara görə Ədilxan 1950-ci illərin sonu 1960-cı illər arasında Nuxada yaşayarkən həmin qəbri açmış, sümükləri hansısa qəbiristanlığa köçürmüşdür (ŞMASL, 2-ci kitab, 2009, s. 215).

İstinadlar Vizual/Mobil redaktə

  1. ..., s. 295.
  2. ..., s. 295.
  3. ..., s. 295.
  4. ..., s. 295.
  5. ..., s. 334.
  6. ..., s. 212-213.
  7. ..., s. 295.
  8. ..., s. 295.
  9. ..., s. 295.
  10. ..., s. 295.
  11. ..., s. 334.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  2. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  3. Ədil xan // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 212-218. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Fotoğraf : Fotoğraf Lot: 975 : [arx. 22.01.2025] : [tur.] // Moda Müzayede. — 2024. — 8 Aralık. — Müraciət tarixi: 22.01.2025.
  5. ... “Naməlum” Əhməd xanın məlum məzarı // Mədəniyyət qəzeti. — 2025. — 8 fevral. — Müraciət tarixi: 09.02.2025.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Salamoğlu A. Ədil xan. — Bakı: Şərq – Qərb, 2008. — Səhifələrin sayı:  288. — 200 nüsx.

Video Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə

...

...

...