"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
{{Ana səhifə bölməsi | {{Ana səhifə bölməsi | ||
|ID = tga | |ID = tga | ||
− | |Altbaşlıq = Təqvimin bu günü — {{Şəkilçi/nin|{{CURRENTMONTHNAMEGEN}}}} {{Ədəd- | + | |Altbaşlıq = Təqvimin bu günü — {{Şəkilçi/nin|{{CURRENTMONTHNAMEGEN}}}} {{Ədəd-i|{{CURRENTDAY}}}} |
|Başlıq =♦ [[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar|Anadan olanlar ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar}})]] ♦ [[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər|Vəfat edənlər ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər}})]] | |Başlıq =♦ [[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar|Anadan olanlar ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} doğulanlar}})]] ♦ [[:Kateqoriya:{{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər|Vəfat edənlər ({{Sayğac {{CURRENTDAY}} {{Aylar-da-də|{{CURRENTMONTHNAMEGEN}}}} vəfat edənlər}})]] | ||
|Məzmun = {{Təqvimin bu günü}} | |Məzmun = {{Təqvimin bu günü}} |
01:31, 27 dekabr 2023 versiyası
♦ Anadan olanlar (2) ♦ Vəfat edənlər (3)
9 may
- Kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Fərman Musayev (1940–2003) 9 may 1940-cı il tarixdə Nuxa rayonunun Fazıl kəndində anadan olub.
Şəkil: Fərman Musayev.
Albert Mustafayev
Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.
- 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.