Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:28, 25 fevral 2022 tarixli dəyişiklik
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Cəmi 1.203, yoxlanılmış 1.183 məqalə.

Yeni məqalələrdən... (4 xülasə, ixtiyari dəyişir)

Əhmədbəy Tahirov

Əhmədbəy Tahirov.

Əhmədbəy Tahirov (1866–1958) — tanımış tarzən-pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, hazırkı Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin yaradıcılarından biri və ilk direktoru. 1887-ci ildə Nuxada (indiki Şəki) anadan olub. Bəy nəslindən olmamışdır. Atası Mahmud dərzi idi. 1934–1940-cı illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq edib. Eyni zamanda o, Nuxa Pedaqoji Texnikumunda uzun illər musiqi müəllimi işləyib...

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Şəki qəzası

Şəki qəzası, 1928-ci il.

Şəki qəzası (Nuxa qəzası) — 1840 – 1929-cu illər arasında Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Təqvimin bu günü — 30 apreldə

Anadan olanlar (1)  Vəfat edənlər (2)

Azər Tağıyev

30 aprel

  • Tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev (1948–2018) 30 aprel 2018-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib. O, 1989 – 1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004 – 2017-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.

Şəkil: Azər Tağıyev.

Yeni materiallar əsasında

Bilirsinizmi?

Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.

Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg

İlqar Mahmudov1.jpg
  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

Məhəmmədhüseyn xan2.jpg
  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

1 mayda anadan olanlar (4) 1 mayda vəfat edənlər (2) Apreldə anadan olanlar (67) Apreldə vəfat edənlər (36) Şəxslər ad sırası ilə (934) Şəxslər familiya sırası ilə (911) Mənbələr (24) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (143) Dövlət xadimləri (47) Alimlər (273) Hərbçilər (131) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (315) Jurnalistlər (66)Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) 

Facebook qrupumuz Facebook səhifəmiz Maliyyə dəstəyi