Fərrux Həmidzadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Fərrux Həmidzadə
Həmidzadə Fərrux Yunus oğlu
Fərrux Həmidzadə
Fərrux Həmidzadə.
Anadan olub 6 iyun 1913(1913-06-06)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 1 may 1974 (60 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Aişə
Uşaqları Dinar, Şəfəq, Nigar
Atası Yunus
Anası Xatın
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumunu

 • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1964
"Döyüş xidmətlərinə görə" medalı — 1942"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"İgidliyə görə" medalı

Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

6 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxada yeddillik məktəbi və

1932-ci ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.

1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki Mərkəzi Rayon Xəstəxanasının həkim və feldşerləri xəstəxananın baş həkimi Fərrux Həmidzadənin kabinetində (soldan: Samiyə Ocaqova, Vəhyəddin Səlimov, Gülü İlyasov (feldşer, ayaq üstə), Əsəd Məmmədov, Cabbar, Rövşən (feldşer), Adilə, Nəsib Əbdürrəhmanov, Fərrux Həmidzadə (baş həkim), Cavahir Abbasova, Sabir Həmidov), 1973-cü il.

1932-ci ildə bir neçə ay Nuxa MTS-də işləyib (Baş Zəyzid kəndində aqronom).

1937-ci ildən, əvvəl bir müddət Gədəbəy rayon səhiyyə şöbəsinin müdiri, sonra isə Qax rayon xəstəxanasında baş həkim,

1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,

1946 – 1974-cü illərdə əvvəl Nuxa şəhər, sonra Nuxa rayon, daha sonra yenidən Nuxa şəhər səhiyyə şöbəsinin müdiri,

1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,

1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

Fərrux Həmidzadənin hərbi sənədlərindəki fotoşəkli.
1944-cü ildə Fərrux Həmidzadənin “Qırmızı Ulduz” ordenini ilə təltif edilməsi üçün tərtib edilmiş təqdimat.

25 noyabr 1937-ci il tarixdə Qax Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısıdır. 1945-ci ildə tibb xidməti mayoru idi.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1948, 19611963-cü illərdə Nuxa şəhər Sovetinin, 1951, 1957, 1959, 1965-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.

1948-ci ildə şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin icraiyyə komitəsinin heyətinə üzv seçilib. O cümlədən, şəhər sovetinin birinci sessiyasında şəhər sovetinin səhiyyə şöbəsi müdiri vəzifəsinə təsdiq edilib.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1 may 1974-cü il tarixdə – 60 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Övladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həkimi, NigarŞəki Şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Гамид-заде Фаррух Юнус-оглы : [arx. 13.06.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.06.2023.
    Гамидзаде Фаррух Юнус-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
    Гамид-заде Фаррух Юнус-оглы : Картотека награждений : [arx. 22.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 22.07.2021.
  2. Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 342-343. — 500 nüsx.