Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahıları sırasına daxildirdir
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nuxa rayon və şəhər sovetlərinin deputatları (1959)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının kiçik loqosu

Rayon sovetinin deputatları

1959-cu il martın 15-də keçirilmiş seçkilərdə Nuxa rayon zəhmətkeş deputatları Sovetinə aşağıdakılar deputat seçilmişlər:

  1. Məmmədquluzadə Adilə Heydər qızı, Nuxa ticarəti idarəsində əmtəəşünas
  2. Ələkbərov Hüseyn Ələsgər oğlu, 5 nömrəli tikinti idarəsinin rəisi
  3. Həmidova Minayə Məcid qızı, rayon icraiyyə komitəsinin katibi
  4. Hacıyev Fərrux Musa oğlu, rayon maliyyə şöbəsinin müdiri
  5. Ocaqova Samiyə Əsədullah qızı, şəhər xəstəxanasında həkim
  6. Qasımova Məlakə Əhməd qızı, rayon ictimai təminat şöbəsinin müdiri
  7. İsmayılova Xeyrənsə Nütfülla qızı, 4 nömrəli baramaaçan fabrikdə təlimatçı
  8. Hacıbalayeva Şərifə İsrafil qızı, ipək kombinatında toxucu
  9. İsmayılzadə Hümmət İdris oğlu, 5 nömrəli tikindi idarəsində dülgər
  10. Ramazanov Cumay Məmmədnəbi oğlu, şəhər icraiyyə komitəsinin sədri
  11. Rəsulova Rəna Davud qızı, SES-də fəhlə
  12. Əliyeva Afərdə Mahmud qızı, kombinatın boyaq-bəzək fabrikinin işçisi
  13. Mustafayeva Fikriyyə Harun qızı, yerli sənaye kombinatında tikişçi
  14. Rəsulova Afərdə Yəhya qızı, ipək kombinatında laboratoriya işçisi
  15. Abbasov Məhyəddin Paşa oğlu, “Nuxa fəhləsi” qəzetinin redaktoru
  16. Rəhimov Rəhim Zahid oğlu, yerli sənaye kombinatının montyoru
  17. Salamova Şövkət ismi qızı, ipək kombinatında burucu
  18. Babayeva Zərqələm Süleyman qızı, ipək kombinatında toxucu
  19. Rəsulova Qəribə Qafıl qızı, ipək kombinatının işçisi
  20. Rəsulov Nurəddin Seyfəddin oğlu, 5 nömrəli tikinti idarəsində bənna
  21. Hüseynov Hüseyn İbad oğlu, 5 nömrəli tikinti idarəsində dülgər
  22. Mehdiyeva Zəkiyyə Qurban qızı, 10 nömrəli orta məktəbin müəllimi
  23. Məmmədov Mirzəli Qasım oğlu, yeyinti sənaye kombinatının fəhləsi
  24. Abdullayev İlyas Həsən oğlu, kombinatın boyaq-bəzək fabrikinin mexaniki
  25. Məmmədov İsaq Mustafa oğlu, ipək kombinatında boyaqçı
  26. Əfəndiyeva Rübabə Əlihüseyn qızı, tibb məktəbinin direktoru
  27. İsmayılov Fərrux Cabbar oğlu, rayon icraiyyə komitəsinin sədr müavini
  28. Həmidzadə Fərrux Yunus oğlu, rayon səhiyyə şöbəsinin müdiri
  29. Əhmədova Zülqədə Cabbar qızı, Kirov adına kolxozun manqabaşçısı
  30. Səmədova nazlı Nurməmməd qızı, 2 nömrəli əyirici fabrikində əyirici
  31. Cabbarova Məhburə Əlimirzə qızı, 2 nömrəli əyirici fabrikində əyirici
  32. Əliyeva Sona Əhməd qızı, Kirov adına kolxozun üzvü
  33. Məmmədov Fərhad Mustafa oğlu, Kirov adına kolxozda traktor briqadiri
  34. Əhmədov Yunus Mehdi oğlu, Kirov adına kolxozun sədri
  35. Bayramova Ruqiyyə Əbdüləlim qızı, 2 nömrəli əyirici fabrikində əyirici
  36. Qədimov Mustafa İdris oğlu, SES-in direktoru
  37. Salamov Saleh Yunus oğlu, Lenin adına kolxozun sədri
  38. Əbdürrəhmanov Təmraz Məmməd oğlu, şəhər partiya komitəsinin katibi
  39. Əhmədov Qədir Ramazan oğlu, rayon xalq maarif şöbəsinin müdiri
  40. Məmmədhüseynov Məmmədhüseyn Məmməd oğlu, rayon hərbi komissarı
  41. Mürsəlov Daşdəmir Məmə oğlu, K.Marks adına kolxozda briqadir
  42. Şahməmmədov Qazıməmməd Abakər oğlu, dövlət təhlükəsizlik komitəsinin rayon müvəkkili
  43. Fətəliyev Yusif İdris oğlu, kənd təsərrüfatı müfəttişliyinin rəisi
  44. Vahabova Səyyarə Həsən qızı, rayon icraiyyə komitəsinin sədri
  45. Məmmədov Oruc Mahmud oğlu, Aydınbulaq kolxozunda briqadir
  46. Yusifov Yusif Ramazan oğlu, «Kommunist» kolxozunun sədri
  47. Əliyeva Diləfruz Qara qızı, «Kommunist» kolxozunda sağıcı
  48. Əbdürrəhmanova Sariyə Zəkəriyyə qızı, Böyük Dəhnə kənd Sovetinin sədri
  49. Qurbanova Kübarə Məmməd qızı, Telman adına kolxozda sağıcı
  50. Tağıyev Tağı Şirəli oğlu, Telman adına kolxozun sədri
  51. Əbdürrəhmanova Xədicə Mənaf qızı, Telman adına kolxozun üzvü
  52. Rəhimov Abdulla Mirsaleh oğlu, «Bir May» kolxozunun sədri
  53. İsmayılov İsmayıl Mustafa oğlu, Əli Bayramov adına kolxozda briqadir
  54. Əhədov Şükür Firidin oğlu, şəhər partiya komitəsinin katibi
  55. Əzizov Saat Məcid oğlu, şəhər komsomol komitəsinin katibi
  56. İsrafilov Maqsud Davud oğlu, rayon mədəniyyət şöbəsinin müdiri
  57. Əbdülkərimova Qənirə Süleyman qızı, 26 Komissar adına kolxozda sağıcı
  58. Şahvələdova Zeynəb Əbdürrəhman qızı, 26 Komissar adına kolxozda manqabaşçısı
  59. Zülfüqarov Arzuman Əhməd oğlu, rayon milis şöbəsinin rəisi
  60. Abdullayev Məmməd Ziyəddin oğlu, «Fəhlə-kəndli birliyi» kolxozunda manqabaşçısı
  61. Mustafayev İsfəndiyar Davud oğlu, şəhər partiya komitəsinin təşkilat şöbəsinin müdiri
  62. Məmmədov Səttar Sədi oğlu, şəhər partiya komitəsinin sənaye-kənd təsərrüfatı şöbəsinin müdiri
  63. Əbdürrəhimov Hüseyn Yəhya oğlu, TTS-in direktoru
  64. Əlibalayev Əbdüləli Baqi oğlu, camışçılıq sovxozunun direktoru
  65. Ağayev İsmayıl Əlmərdan oğlu, rayon prokuroru
  66. Qarayeva Dilarəm Davud qızı, Oxud kənd soveti icraiyyə komitəsinin sədri
  67. Yusifov Yaqub Qaffar oğlu, N.Nərimanov adına kolxozun sədri
  68. Məmmədov Yunis Mirzəməməd oğlu, yerli sənaye kombinatının direktoru
  69. İlyasova Zərxanım Məmməd qızı, Qoxmuq kolxozunda sağıcı
  70. Musayeva Hənifə Dursunəli qızı, Qoxmuq kolxozunda sağıcı
  71. Eminov Əyyub Abdulla oğlu, rayon plan komissiyasının sədri
  72. Hacıyev Bahadur Savalan oğlu, Orconikidze adına taxılçılıq sovxozunun direktoru
  73. Yusifov Fərrux Oruc oğlu, şəhər partiya komitəsinin katibi
  74. Aslanov Davud Mustafa oğlu, Orconikidze adına taxılçılıq sovxozunda kombaynçı

Ədəbiyyat

  1. Nuxa rayon Sovetinin deputatları = Нуха рајон Советинин депутатлары // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1959. — В. 20 mart. — № 35 (5.795). — Səh. 3.

Nuxa şəhər Sovetinin deputatları

1959-cu il martın 15-də keçirilmiş seçkilərdə Nuxa şəhər zəhmətkeş deputatları Sovetinə aşağıdakılar deputat seçilmişlər:

  1. İsaqova Şəfiqə İsmayıl qızı, 3 nömrəli burucu fabrikinin növbə ustası
  2. Rzayev Nəsib Qaffar oğlu, 4 nömrəli yeddiillik məktəbdə müəllim
  3. Mikayılzadə Ənvər İsmayıl oğlu, şəhər partiya komitəsinin katib köməkçisi
  4. Məmmədova Mahinur Mirhəsən qızı, şəhər ZDS icraiyyə komitəsinin katibi
  5. Ocaqov Mirqasım Ağababa oğlu, vərəm sanatoriyasında həkim
  6. Həsənova xanım Məmməd qızı, 3 nömrəli burucu fabrikinin fəhləsi
  7. Əbdürrəhmanov Nəsib Yusif oğlu, xəstəxananın həkimi
  8. İsmayılov Ələsgər Adışirin oğlu, kommunal təsərrüfat şöbəsinin işçisi
  9. Novruzova Müşgünaz Mustafa qızı, 3 nömrəli burucu fabrikinin fəhləsi
  10. Mustafayev Nuru Məmməd oğlu, 1 nömrəli yeddiillik məktəbin direktoru
  11. Həsənova Rəhimə Abbasəli qızı, 3 nömrəli burucu fabrikinin fəhləsi
  12. Quliyev Əliqulu Abbasəli oğlu, 4 nömrəli yeddiillik məktəbin direktoru
  13. Hüseynova Cəmilə Cabbar qızı, 3 nömrəli burucu fabrikinin fəhləsi
  14. Xudiyev Kamal Yusif oğlu, mətbəənin mürəttibi
  15. Cabarov Cabbar Zülfüqar oğlu, 3 nömrəli burucu fabrikinin növbə ustası
  16. Hüseynova Səfurə Məmməd qızı, yeyinti sənaye kombinatında baş usta
  17. İbrahimova Əsmər Məhərrəm qızı, Lenin adına ipək kombinatının fəhləsi
  18. İsmayılov Məmməd İsmayıl oğlu, şəhər partiya komitəsinin təlimatçısı
  19. Babayeva Aminə Cabbar qızı, Stalin adına pedaqoji məktəbin direktoru.
  20. Nəcəfov Abbas Ələkbər oğlu, rayon kooperativlər ittifaqının tədarük kontoru müdiri
  21. Hacıyev Əsabəli Mahmud oğlu, rayonlararası damazlıq stansiyasının müdiri
  22. Ələşrəfov Abid Musa oğlu, kommunal təsərrüfat şöbəsinin işçisi
  23. Hacıyev Faiq Şöyüb oğlu, Nuxa ticarətinin direktoru
  24. Həsənova Məsumə Hüseyn qızı, mətbəədə mürəttib
  25. Hümmətova Sürmayə Adil qızı, 4 nömrəli baramaaçan fabrikin fəhləsi
  26. Mustafayev Qasım Məmməd oğlu, pullu diş ambulatoriyasında həkim
  27. Quliyeva Şövkət Kərim qızı, şəhər komsomol komitəsinin ümumi bölmə müdiri
  28. Rəhimova Zəhra İsmayıl qızı, 6 nömrəli məktəbin müəllimi
  29. Məmmədov Qurban İlyas oğlu, Lenin adına ipək kombinatının fəhləsi
  30. Məmmədov Mehdi Əhməd oğlu, rayon milis şöbəsi rəisinin müavini
  31. Kərimov Cəfər Məcid oğlu, şəhər baytarlıq müalicəxanasının müdiri
  32. Hacıyev Nurəli Saleh oğlu, Lenin adına ipək kombinatının toxucusu
  33. Həbibullahzadə Nurəddin Yusif oğlu, rayon icraiyyə komitəsinin tikinti və memarlıq şöbəsi müdiri
  34. Osmanov Novruz Nurəhməd oğlu, şəhər partiya komitəsinin siyasi maarif kabinəsinin müdiri
  35. Həmidova Almaz Camal qızı, ipək kombinatının fəhləsi
  36. Rəhimov Qaffar Xəlil oğlu, Axundov adına əlillər artelinin dərzisi
  37. Əhmədova Sədaqət İsmayıl qızı, yerli sənaye kombinatının tikiş sexində dərzi
  38. Əfəndiyev Camaləddin Sıracəddin oğlu, Lenin adına ipək kombinatının baş mexaniki
  39. Rəsulov Hüseyn Bəxtiyar oğlu, 10 nömrəli orta məktəbin direktoru
  40. Muradova Zərifə Əziz qızı, Lenin adına ipək kombinatının fəhləsi
  41. Hacıyev Əlisgəndər Həsən oğlu, Axundov adına əlillər artelinin sədri
  42. Əfəndiyeva Sezalina Yunus qızı, Lenin adına ipək kombinatının toxucusu
  43. Əbdürrəhmanov Lütfəli Məmmədəli oğlu, rayon plan komissiyasının baş iqtisadçısı
  44. Babayeva Əliyyə Camal qızı, 4 nömrəli baramaaçan fabrikin fəhləsi
  45. Orucov Tələt Umar oğlu, 3 nömrəli müalicəxananın baş həkimi
  46. İdrisov Nəsrullah Mustafa oğlu, şəhər partiya komitəsinin təlimatçısı
  47. Ramazanov Cumay Məmmədnəbi oğlu, şəhər ZDS icraiyyə komitəsinin sədri
  48. Qasımova Ziyvər əliheydər qızı, ipək-sınaq labaratoriyasında loborant
  49. Əliyeva Məsumə Fətulla qızı, Lenin adına ipək kombinatında fəhlə
  50. Mustafayev İmam Süleyman oğlu, Lenin adına ipək kombinatının əyiricisi
  51. Ramazanov Əbdüləli Nəsib oğlu, şəhər partiya komitəsinin təlimatçısı
  52. Bağbanlı Ələkbər Abdulla oğlu, avtobazanın istismar şöbəsi rəisi
  53. Cəfərova Səyyarə İbrahim qızı, 7 nömrəli orta məktəbin direktoru
  54. Yusifov Ədhəm Uğurlu oğlu, çörək trestinin direktoru
  55. Əzizov Mustafa Səməd oğlu, Nuxa ticarəti idarəsində yeməkxana müdiri
  56. Əhmədova Rəna Məmmədqasım qızı, yerli sənaye kombinatının fəhləsi
  57. Kərimova Sariyyə Məcid qızı, Lenin adına ipək kombinatında həmkarlar ittifaqı fabrik komitəsi sədri
  58. Mustafayeva Məsmə Yaqub qızı, Lenin adına ipək kombinatında laboratoriya müdiri
  59. Kərimov Ələşrəf İsmayıl oğlu, pensiyaçı

Həmçinin, bax: