Veysəl Mustafayev (rəhbər kadr)

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 02:12, 29 may 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Veysəl Mustafayev (1909–1972) — 1940-cı illərdə Azərbaycan K(b)P Samux rayon komitəsinin birinci katibi olmuş şəxs.

Veysəl Mustafayev
Mustafayev Veysəl Məmmədkərim oğlu
Veysəl Mustafayev
Veysəl Mustafayev.
Doğum tarixi 25 iyun 1909(1909-06-25)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 4 iyul 1972 (63 yaşında)
Uşaqları Fərman, Nəriman və Ramiz
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Adının digər versiyaları Veysel Mustafayev, Veysal Mustafayev, Вейсал Мустафаев, Вейсел Мустафаев

Haqqında məlumatlar

25 iyun 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Əmək fəaliyyəti

Ailəsinin ağır maddi vəziyyəti ilə bağlı olaraq kiçik yaşlarından Насı Qəninin baramaaçan fabrikində fəhlə işləyib.

1935-ci ildən, əvvəl 1 nömrəli ipək fabrikində partiya təşkilatının katibi, sonra şəhər partiya komitəsində təlimatçı, daha sonra isə şöbə müdiri,

1942-ci ildən Azərbaycan K(b)P Samux Rayon Partiya Komitəsinin birinci katibi,

1945-ci ildən sonra əvvəl Mərəzə, sonra Nuxada rayon ipək idarəsinin müdiri, daha sonra isə Nuxa rayon kooperativlər ittifaqının sədri vəzifəsində çalışıb.

1969-cu ildən respublika əhəmiyyətli fərdi pensiyaçı idi.

İctimai aktivliyi

1939, 19481957-ci illərdə Nuxa rayon sovetinə, 1959-cu ildə isə Nuxa şəhər Sovetinə deputat seçilib.

4 mart 1940-cı il tarixdə Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci plenumunda Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenumun üzvü seçilib.

Təltif və mükafatları

Vəfatı

4 iyul 1972-ci il tarixdə – 63 yaşında, Şəkidə vəfat edib.

6 iyul 1972-ci il tarixdə çap olunmuş “Şəki fəhləsi”“İpəkçi” qəzetlərində Şəki şəhər partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev başda olmaqla bir qrup vəzifəli şəxsin adından vəfatı münasibəti ilə nekroloq verilib.

Ailəsi

Üç oğlu olub: Fərman, Nəriman və Ramiz. Onlardan Fərman Şəki şəhər 11 və 19 saylı məktəblərində tarix müəllimi idi. Nəriman uzun illər Bakıda Layihə İnstitutunda çalışıb. Ramiz isə Şəki Rayon Kooperativ İttifaqında işləyib.

Ədəbiyyat

  1. Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
  2. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  3. Мустафаев Вейсал Мамед Керим (Мамед Керим-оглы) : [arx. 23.08.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.08.2022.
  4. Rayon Sovetinə seçilmiş deputatlar = Рајон Советинә сечилмиш депутатлар // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1948. — В. 16 yanvar. — № 7 (4.066). — Səh. 1.
  5. Rayon Sovetinə seçilmiş deputatların siyahısı = Рајон Советинә сечилмиш депутатларын сияһысы // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 17 mart. — № 32 (5.488). — Səh. 2.
  6. V.M.Mustafayev (nekroloq) = В.М.Мустафајев // Məhyəddin Abbasov (redaktor) Şəki fəhləsi : qəzet. — Şəki: Şəki mətbəəsi, 1972. — В. 6 iyul. — № 80 (7.815). — Səh. 4.
  7. V.M.Mustafayev (nekroloq) = В.М.Мустафајев // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1972. — В. 6 iyul. — № 21 (1109). — Səh. 4.
  8. Məmmədkərimuşağı (patronim)/Veysəl Məmmədkərim oğlu Mustafayev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 385-386. — 500 nüsx. — ISBN 5-8066-1708-4.