Əhməd Rəhimli
Əhməd Rəhimli | |
---|---|
Rəhimli Əhməd Əlirza oğlu | |
Əhməd Rəhimli. | |
Anadan olub | 22 dekabr 1906 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 21 dekabr 1985 (78 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Ələkbərova Səyyarə Mustafa qızı |
Uşaqları | Hikmət, İsmət, Nazim, Eldar, Azər, Mənzər və Fikrət |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Nuxa kişi seminariyası (–1924) • Azərbaycan Dövlət Darülfünu/Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1929–1932) • ÜK(b)P MK yanında Lenin kursları (1944–1945) |
Mükafatları |
Əhməd Rəhimli (1906–1985) — sovet dövrində Azərbaycanda tanınmış partiya və təhsil işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə Azərbaycan KP-nin Nuxa şəhər və Bakı şəhər rayon, Xaçmaz rayon komitələrinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin birinci müavini və s. bu kimi digər məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
22 dekabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki), dabbaq ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Nuxada ibtidai təhsil aldıqdan sonra Nuxa gimnaziyasının ehtiyat sinfinə daxil olub. Lakin ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə orada təhsilini davam etdirməsi mümkün olmayıb. Əvəzində Nuxa şəhər ali ibtidai məktəbinin ikinci sinfinə daxil olub və burada gimnaziya ilə müqayisədə üç dəfə az təhsil haqqı ödəməklə təhsilini davam etdirməyə nail olub.
1924-ci ildə Nuxa kişi seminariyasını bitirib.
1929 – 1932-ci illərdə Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
1944-cü ilin aprel ayından etibarən il yarım müddətdə ÜK(b)P MK yanında Lenin kurslarının müdavimi olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Nuxa kişi seminariyasında təhsil alarkən paralel olaraq məktəb kitabxanasında kitabxanaçı,
1924 – 1929-cu illərdə əvvəl Qax ibtidai məktəbinə müəllim və müdir, sonra Zaqatala ibtidai məktəbində və Zaqatala kənd təsərrüfatı texnikumunda müəllim, xalq maarif şöbəsində metodist-təlimatçı,
1932 – 1933-сü illərdə Nuxa tibb fəhlə fakültəsində müəllim,
1933 – 1936-cı illərdə Nuxa tibb fəhlə fakültəsində əvvəl tədris hissə müdiri, sonra isə direktor,
1936 – 1942-cı illərdə əvvəl Nuxa Stalin adına Pedaqoji məktəbində riyaziyyat müəllimi, sonra Nuxa şəhər maarif şöbəsinin müdiri, daha sonra fizik-riyaziyyat fakültəsinin müəllimi və direktoru, Nuxa Dövlət Müəllimlər İnstitutunun tədris hissəsi müdiri,
1942-сi ilin aprel – avqust aylarında Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin ikinci katibi,
1942-ci ilin avqust ayından 1944-cü il mart ayının 17-nə qədər Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci katibi,
1945-ci ilin dekabrından – 1949-cu ilədək əvvəl Azərbaycan K(b)P Bakı şəhər rayon komitəsinin birinci katibi, sonra isə Azərbaycan KP MK-da məsul təşkilatçı,
16 yanvar 1949-cu il tarixdən 1 may 1951-ci il tarixədək Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi,
1951 – 1953-cü illərdə əvvəl Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində əmək ehtiyatları idarəsində birinci müavin, sonra Bakı Vilayət Xalq Maarif Şöbəsinin müdiri, daha sonra Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini,
1953 – 1960-cı illərdə Azərbaycan SSR maarif nazirinin birinci müavini,
1960 – 1963-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsində şikayət bürosunun müdiri,
1963-cü ildən Bakı Yerli Sənaye Texnologiya Texnikumunun direktoru vəzifəsində çalışıb. Bundan sonra respublika əhəmiyyətli fərdi təqaüdə çıxıb.
Digər[redaktə | HTML redaktə]
1939-cu ildən ÜİK(b)P üzvü olub.
1939-cu ilin sonunda Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə deputat seçilib.
1946 – 1950-ci illərdə II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub (36 nömrəli Myasnikov Seçki dairəsindən).
1959-cu ildə redaktorluğu və rus dilindən tərcüməsi əsasında 6 – 8-ci siniflər üçün ilk “Həndəsə” dərsliyi hazırlanıb və çap edilib.
1965-ci ildən Bakı şəhər Xalq Nəzarəti Komitəsində ictimai əsaslarla ştatdankənar xalq maarif şöbəsinin səhiyyə, mədəniyyət və elm bölmələrinə başçılıq edib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1939);
- “Qafqazın müdafiəsinə görə” medalı (1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (1945);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1946);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1956);
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “Əmək veteranı” medalı (1976);
- “9-cu beşilliyin zərbəçisi” döş nişanı (1976);
- Azərbaycan SSR Nazirlər Sovetinin fəxri fərmanı;
- “Qabaqcıl maarif xadimi” döş nişanı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı (1985).
Səndlər[redaktə | HTML redaktə]
Vəfatı[redaktə | HTML redaktə]
21 dekabr 1985-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
- Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
- Рагимли Ахмед Али Риза-оглы : [arx. 10.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 10.11.2021.
- Şükürov R., Orsər R. Rəhimli Əhməd Əli-Rza oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 167-168. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Əhməd Əlirza oğlu Rəhimli // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 277. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
- Məmmədov Ə., Xalıqov F. Rəhimli Əhməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 325-326. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Kitabları[redaktə | HTML redaktə]
- Rəhimli, Ə.Ə. Azərbaycan SSR-də xalq maarifini daha da inkişaf etdirmək haqqında / Əhməd Rəhimli; red. C.Məmmədov.- Bakı: Azərtədrisnəşr, 1959.- 16 s.; 20 sm.- (SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisi).- 1000 nüsx.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış dövlət xadimləri
- 1906-cı ildə doğulanlar
- 22 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 21 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr