Hacı Tuti ağa
Bu səhifədə iş davam etməkdədir. |
Tuti ağa | |
---|---|
Tuti ağanın qəbrinin üzərindəki baş daşı (Şəki Xan qəbiristanlığı, 2009-cu il). | |
Anadan olub | ? |
Vəfat edib | 23 noyabr 1859 |
Vəfat etdiyi yer | Suram çaparxanası, Rusiya İmperiyası (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Gürcüstan) |
Dəfn yeri | Şəki Xan qəbiristanlığı |
Həyat yoldaşları | İsmayıl xan Xoyski, Kərim ağa Şəkixanov |
Uşaqları | Səkinə bəyim və Səadət bəyim |
Atası | Məhəmmədhəsən xan |
Anası | Xerənnisə xanım |
Tuti ağa (? – 1859) —
Haqqında məlumatlar
Tuti ağa 1783 – 1795 və 1797 – 1805-ci illərdə Şəki xanı olmuş Şəki xanı Məhəmmədhəsən xanın (≈1760 – 1831) birinci arvadı Xeyrannisə xanımdan (? – ?) doğulmuş qızı idi. Məhəmmədhəsən xanın bu arvadından başqa uşaqları da olmuşdu, lakin onların hamısını qardaşı Səlim xan (?–1826) qətlə yetirmişdir[1]. Səlim xan 1805-ci ildə Şəkidə hakimiyyətə keçdikdən sonra isə Şəki xanlığını Rusiya İmperiyasının ərazisinə qatdı, lakin cəmi bir il sonra ruslara üsyan etdi. Nəticədə ruslar Şəki ilə heç bir əlaqəsi olmayan sabiq Xoy xanı Cəfərqulu xanı Şəkiyə xan təyin etdilər. Bundan sonra Cəfərqulu xanın oğlu və xələfi İsmayıl xan (?–1819) Tuti ağa ilə evlənmək istədi. Tuti ağa bir neçə il onun elçilərinə rədd cavab versə də sonda İsmayıl xanın evlənmək təklifini qəbul etdi[2]. Bəzi məlumatlara görə İsmayıl xanla Tuti ağanın kəbini 15 iyun 1814-cü il tarixdə, Cəfərqulu xanın tikdirdiyi məscid-mədrəsədə kəsilmişdir[3].
Tuti ağa İsmayıl xanın tək arvadı idi, ondan iki qız uşağı doğmuşdur və İsmayıl xanın vəfatına qədər qalada, atası Məhəmmədhəsən xanın tikdirdiyi Divanxananın (indiki Xan sarayı) yanındakı evdə yaşamışdır[4]. Bundan başqa, Çinaxbulaq[5], Çarxana[6], Neymətabad[7], Qumlaqeqarasu[8] kəndlərinin bütün vergi və töycüsü, boyaq töycüsü[9], Məhəmmədhəsən xan tərəfindən vaxtilə satın alınmış torpaqlardan Yaramar və Çarxana kəndlərindəki çəltik sahələrindən[10][11] gələn gəlir də Tuti ağaya çatırdı. 5 avqust 1819-cu il tarixdə İsmayıl xanın vəfat etməsindən sonra ruslar xan üsul-idarəsini ləğv etdilər, Tuti ağaya müəyyən məbləğdə maaş kəsərək əvvəlki gəlirlərindən məhrum etdilər. Bununla yanaşı İsmayıl xanın bütün qohum qardaşını Nuxadan çıxarıb Yelizavetpola (indiki) köçürdülər. Lakin Tuti ağa inad göstərərək nəinki Nuxada qala bildi, hətta İsmayıl xandan doğduğu iki qızını da Nuxada saxladı. O,
Vəfatı
23 noyabr 1859-cu il tarixdə Maran (indiki Marani(ru)) ilə Tiflis (indiki Tbilisi) arasındakı Suram çaparxanasında (indiki Surami(ru) şəhər tipli qəsəbəsi) vəfat etmişdir. Nəşi üç günə Tiflisə, oradan isə dörd günə Nuxaya (indiki Şəki) gətirilmiş, 30 noyabr 1859-cu il tarixdə, çərşənbə axşamı günü Xan məscidinin qabağındakı Xan qəbiristanlığında, atasının qəbrinin yanında dəfn olunmuşdur[12].
Ailəsi
Atası: Məhəmmədhəsən xan (≈1760–1831), 1783–1795 və 1797–1805-ci illərdə Şəki xanı olmuşdur.
Anası: Xeyrənnisə xanım[13].
Birnci əri: İsmayıl xan (?–1819), 1814–1819-cu illərdə Şəki xanı olmuşdur. Tuti ağa ilə İsmayıl kəbini 15 iyun 1814-cü il tarixdə Xan məscidində kəsilmiş[3] və bu nikahdan onların Səadət bəyim (1819–1892) və Səkinə bəyim (1815-1818-ci illər arasında — ?) adlı iki qızları doğulmuşdur: Səadət bəyim İsgəndər xan Xoyskiyə ərə getmiş, Səkinə bəyim isə 21 mart 1869-cu il tarixdə özündən 20 yaş kiçik Zaman bəy Şeyxəlibəyov ilə[qeyd 1], 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla ailə qurmuşdur[14].
İkinci əri: Kərim ağa Şəkixanov (1788–1858), Tuti ağanın əmisi oğlu idi, evlilikləri davamlı olmamış, uşaqları da olmamışdır[15].
Nəsil şəcərəsi
İsmayıl xan | Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | Zaman bəy Şeyxəlibəyov | Səkinə bəyim | Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Cahangirli | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeydlər
- ↑ “Qazıxana dəftəri”ndə Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur (Qazıxana dəftəri-4, 2008). Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə Hacı Seyid Əbdülhəmiddə də məlumat var (ŞXT-1958, 1958).
İstinadlar
- ↑ AKAK1, 1874, s. 759.
- ↑ AKAK2, 1874, s. 758.
- ↑ 3,0 3,1 Məmmədov A.S., 2021, s. 6.
- ↑ Описание Шекинской провинции, 1866.
- ↑ Описание Шекинской провинции-1, 1866.
- ↑ Описание Шекинской провинции-2, 1866.
- ↑ Описание Шекинской провинции-3, 1866.
- ↑ Описание Шекинской провинции-4, 1866.
- ↑ Описание Шекинской провинции-5, 1866.
- ↑ Описание Шекинской провинции-6, 1866.
- ↑ Описание Шекинской провинции-7, 1866.
- ↑ ŞTQ, 2005, № 87, s. 223.
- ↑ ŞXT-1958, 1958, s. 31.
- ↑ Qazıxana dəftəri-5, 2008, s. 102.
- ↑ Описание Шекинской провинции1, 2005, s. 91.
Ədəbiyyat
- Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 759.
- Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 758.
- Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz (azərb.) // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 4 iyun. — № 41 (1818). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 iyun 2021.
- Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866.

- Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866.
- Tahirzadə Ə.Ş. Maddeyi-tarixlər // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı: 256. — Səh.: 223. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
- Tahirzadə Ə.Ş. Kərin ağa Fatehin tərcümeyi-halı (Mustafa ağa Şuxi) // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı: 256. — Səh.: 91. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 31.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 41. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 102. — 200 nüsx.
- Şəki Ensiklopediyası:İş davam edən məqalələr
- H
- Şəxslər (familiya sırası ilə)
- 1859-cu ildə vəfat edənlər
- 23 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki xanlığının tarixindən” (1958) kitabına istinad olunan məqalələr
- “Qazıxana dəftəri” kitabına istinad olunan məqalələr