Məlik Cəfər
Mammadov2 (Müzakirə | töhfələr) (→Ədəbiyyat) tərəfindən edilmiş 22:58, 8 iyul 2023 tarixli dəyişiklik
Məlik Cəfər | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Sələfi | Nəlik Nəcəfqulu | ||||
Xələfi | Şəki xanlığı yarandı | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə |
Məlik Cəfər – 1740-cı illərin ikinci yarısında qısa müddət Şəki məliyi olmuş şəxs. Daha əvvəlki məlik Məlik Əlimərdanın qardaşı oğlu idi. 3 mart 1746-cı il tarixdə Nadir şah tərəfindən Şəkinin məliyi vəzifəsinə təyin olunmuşdur[1][2]. Lakin 1746-cı ilin ortalarında Şəki vilayəti əhalisinin nümayəndələri kollektiv ərizə ilə Nadir şaha müraciət edərək Məlik Cəfərin bacarıqsızlığından şikayətlənmiş, Hacı Çələbinin böyük oğlu Həsənin həmin vəzifəyə keçməsini xahiş etmişdilər. Amma Nadir şah bu xahişi rədd etmişdir[1][3].
İstinadlar
Ədəbiyyat
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 50. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 19. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 132-134. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 20. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 135-138. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |