Qədir Əhmədov (1906–1968) — sovet dövründə Nuxada (indiki Şəki) yaşamış və fəaliyyət göstərmiş tanınmış partiya, sovet və təhsil işçisi. Müxtəlif illərdə Nuxa şəhər və rayon sovetlərinin icraiyyə komitələrinin sədri, Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi, Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru, Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.

Qədir Əhmədov
Əhmədov Qədir Ramazan oğlu
Qədir Əhmədov
Qədir Əhmədov.
Anadan olub 7 noyabr 1906(1906-11-07)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 7 avqust 1968 (61 yaşında)
Vətəndaşlıq SSRİ
Təhsili Ali Pedaqoji Məktəb (–1931)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945"Qırmızı Ulduz" ordeni — 1945“Budapeştin alınmasına görə” medalı — 1945Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni

Haqqında məlumatlar Vizual/Mobil redaktə

7 noyabr 1906-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1931-ci ildə Ali Pedaqoji Məktəbi bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1917-ci ildən Nuxadakı ipək fabriklərindən birində baramadöyən kimi əmək fəaliyyətinə başlayıb.

1933-cü ildən Nuxa Pedaqoji Məktəbində müəllim işləyib. Sonralar Nuxa Toxuculuq Texnikumunun direktoru, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, Nuxa Fəhlə Tibb Fakültəsinin dərs hissə müdiri olub.

1937 – 1941-ci illərdə əvvəl Nuxa Şəhər Siyasi Maarif Evinin müdiri, sonra Nuxa Şəhər Soveti İcraiyyə Komitəsinin sədri, daha sonra Nuxa Rayon İcraiyyə Komitəsinin sədri, Nuxa Şəhər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

1946-cı ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan KP Nuxa şəhər Komitəsində kadrlar şöbəsinin müdiri vəzifəsini tutub. Sonra isə Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi seçilib və 1951-ci ilə qədər bu vəzifədə qalıb.

1951-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru olub.

15 mart 1955-ci il tarixdən Nuxa şəhər Soveti icraiyyə komitəsi sədrinin müavini, sonra Nuxa rayon xalq maarifi şöbəsinin müdiri, daha sonra Nuxa şəhər 10 №-li orta məktəbində müəllim vəzifəsində çalışıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

5 dekabr 1941-ci il tarixdə Nuxa Rayon Hərbi Komissarlığından orduya qəbul edilib. Böyük Vətən müharibəsi iştirakçısıdır, müharibə dövründə iki orden, 3 medalla təltif olunub. 25 oktyabr 1946-cı il tarixdə kapitan rütbəsi ilə ordudan tərxis edilib.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

Bir dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1940-ci ildə1948-ci ildə həm Nuxa rayon Sovetinin və həm də Nuxa şəhər Sovetinin, 1955-ci ildə1965-ci ildə Nuxa şəhər Sovetinin, 1957-ci, 1959-cu, 1961-ci illərdə isə Nuxa rayon Sovetinin deputatı seçilib.

4 mart 1940-cı il tarixdə keçirilmiş Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenumunda şəhər komitəsinin büro üzvü, plenumun üzvü, Azərbaycan K(b)P XVI qurultayına nümayəndə seçilib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

7 avqust 1968-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  2. Ахмедов Кадыр Ромазан-оглы : [arx. 09.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.09.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Əhmədov Qədir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 186-187. — 1.000 nüsx.
  4. Bəşirov R., Hacıyev N. Əhmədov Qədir Ramazan oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 68-69.
  5. Qədir Əhmədov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 121-122. — ISBN 978-9952-8176-4-5.

Həmçinin, bax: Vizual/Mobil redaktə