Məlik Cəfər
Mammadov2 (Müzakirə | töhfələr) (52824 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) tərəfindən edilmiş 13:57, 9 iyul 2023 tarixli dəyişiklik
Məlik Cəfər | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Sələfi | Məlik Nəcəfqulu | ||||
Xələfi | Şəki xanlığı yarandı | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Vəfat yeri | ? | ||||
Dini | islam, şiə |
Məlik Cəfər (?–?) — 1740-cı illərin ikinci yarısında qısa müddət Şəki məliyi olmuş şəxs. Daha əvvəlki məlik Məlik Nəcəfqulunun qardaşı oğludur. 3 mart 1746-cı il tarixdə Nadir şah tərəfindən Şəkinin məliyi vəzifəsinə təyin olunmuşdur[1][2].
1746-cı ilin ortalarında Şəki vilayəti əhalisinin nümayəndələri kollektiv ərizə ilə Nadir şaha müraciət edərək Məlik Cəfərin bacarıqsızlığından şikayətlənmiş və həmin vəzifəyə Hacı Çələbinin böyük oğlu Həsəni qoymasını xahiş etmişlər. Lakin Nadir şah onların xahişlərini rədd etmiş və Məlik Cəfəri vəzifəsində saxlamışdır[1][3].
İstinadlar
Ədəbiyyat
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 50. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 19. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 132-134. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 20. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 135-138. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |