İsmayıl xan Xoyski
İsmayıl xan Xoyski | |||||
---|---|---|---|---|---|
İsmayıl xan Xoyski | |||||
İsmayıl xanın arvadı olmuş Tuti ağanın Şəki Xan qəbiristanlığındakı qəbri, 2009-cu il. | |||||
|
|||||
Tacqoyma | 22 may 1815 | ||||
Sələfi | Cəfərqulu xan Xoyski | ||||
Xələfi | Şəki xanlığı ləğv olundu | ||||
Doğum yeri | Xoy, İran | ||||
Vəfat tarixi | 5 avqust 1819 | ||||
Vəfat yeri | Nuxa (indiki Şəki) | ||||
Dəfn yeri | Kərbəla | ||||
Dini | islam, şiə | ||||
Atası | Cəfərqulu xan Xoyski | ||||
Anası | Şərəfnisə bəyim | ||||
Həyat yoldaşı | Tuti ağa Məhəmmədhəsən xan qızı | ||||
Uşaqları | Səkinə bəyim və Səadət bəyim |
İsmayıl xan Xoyski (?–1819) — Şəki xanı. 1814 – 1819-cu illərdə hakimiyyətdə olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Çar Aleksandrın 22 may (Yuli təqvimi ilə: 10 may) 1815-ci il tarixli fərmanı ilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqlənmişdir. Lakin atası Cəfərqulu xandan fərqli olaraq, rus hakimiyyət dairələrinin ümidlərini doğrultmadı. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra 5 avqust (Yuli təqvimi ilə: 24 iyul) 1819-cu il tarixdə öldü. Belə bir fürsət gözləyən ruslar isə onun oğul varisinin olmamasını bəhanə edərək Şəki xanlığının ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər. Şamaxı xanı Mustafa xan o vaxt iddia etmişdir ki, İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər.
Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, “Kiçik ağa” ləqəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə əvvəl 1300, sonra isə 2300; Kəlbəli bəyin anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək “məsləhət” görüldü.
İsmayıl xanın ölümündən bir müddət sonra əmisi oğlu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini xahiş etmişdir.
İsmayıl xanın arvadı Şəkinin yerli xanlarından olan Məhəmmədhəsən xanın qızı Tuti ağa idi. Tuti ağa isə İsmayıl xanın 2 qızının anası idi və bu qızlardan biri isə İsmayıl xanın ölümündən bir-neçə gün sonra dünyaya gəlmişdir.
Nəsil şəcərəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | Zaman bəy Şeyxəlibəyov | Səkinə bəyim | Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli)[2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar və qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ Onlar özlərini Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkinin nəslindən hesab edirdilər.
- ↑ Əli T., 2020.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- Mirzazade P.Ch. Khoy, Iran : [arx. 16 Apr 2002 - 6 May 2021] : [ing.] // Almanach de Bruxelles. — Müraciət tarixi: 16.09.2021.
- Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair faktlar : [arx. 13 Mar 2012 - 5 Mar 2016] // “Şəkinin səsi” qəzetinin saytı. — 2009. — 6 may. — Müraciət tarixi: 16.09.2021.
Xarici keçidlər[Vizual/Mobil redaktə | HTML redaktə]
Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |