Ana səhifə
Əhmədbəy Tahirov
Əhmədbəy Tahirov (1866–1958) — tanımış tarzən-pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, hazırkı Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin yaradıcılarından biri və ilk direktoru. 1887-ci ildə Nuxada (indiki Şəki) anadan olub. Bəy nəslindən olmamışdır. Atası Mahmud dərzi idi. 1934–1940-cı illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq edib. Eyni zamanda o, Nuxa Pedaqoji Texnikumunda uzun illər musiqi müəllimi işləyib...
Şəki qəzası
Şəki qəzası (Nuxa qəzası) — 1840 – 1929-cu illər arasında Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Anadan olanlar (1) Vəfat edənlər (2)
30 aprel
- Tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev (1948–2018) 30 aprel 2018-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib. O, 1989 – 1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004 – 2017-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.
Şəkil: Azər Tağıyev.
Bilirsinizmi?
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.
- 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.