Ana səhifə
♦ Anadan olanlar (1) ♦ Vəfat edənlər (0)
27 aprel
- Birinci Qarabağ müharibəsi şəhidi və Azərbaycanın Milli Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə Fransa müqavimət hərəkatının yarıməfsanəvi döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov (1952–1990) 27 aprel 1952-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.
Şəkil: Mikayıl Cəbrayılov.
Fərrux Yusifov
Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır. 3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)), sonra isə kapitan hərbi rütbəsinə malik olub. 1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib. Lakin sonra tapılıb və hərbi xidməini davam etdirib...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.
- 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.
- 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.