Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyasına xoş gəlmisiniz!
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Hal-hazırda 1.228 yoxlanılmış məqalə.

Təqvimin bu günü — oktyabrın 15-i

Nurməmməd Mustafayev

Biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisi Nurməmməd Mustafayev 15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: N.Mustafayev İctimai televiziyada çıxış edərkən (2020).

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Albert Mustafayev

Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni xəbərlər əsasında

Bilirsinizmi?

Loqo.png
  • 30 sentyabr 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” MMC media subyekti və “Şəki Ensiklopediyası” jurnalı çap mediası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

Rauf Quliyev.jpg
  • 4 sentyabr 2024-cü il tarixdə tanınmış həkim-cərrah, uşaq cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri Rauf Quliyev uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.

Əli Məsimli1.jpg
Vüqar İskəndərov2.jpg
Cavanşir Feyziyev2.jpg
  • 1 sentyabr 2024-ci il tarixdə keçirilmiş VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 113 saylı Qax-Şəki Seçki Dairəsindən Əli Məsimli, 114 saylı Şəki Şəhər Seçki Dairəsindən Vüqar İskəndərov və 115 saylı Şəki Kənd Seçki Dairəsindən Cavanşir Feyziyev deputat seçiliblər.

Elşən Musayev.jpg
Eyvaz Qurbanov.jpg
  • 1 sentyabr 2024-ci il tarixdə keçirilmiş VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 116 saylı Qəbələ Seçki Dairəsindən Elşən Musayev və 117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsindən Eyvaz Qurbanov deputat seçiliblər.

Nüsrət Məmmədov.jpg
  • 31 avqust 2024-cü il tarixdə Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi və Qırğızıstan Respublikasının Müstəqillik Günü ilə əlaqədar olaraq Qırğızıstanda fəaliyyət göstərən azərbaycanlı biznesmen və diaspor fəalı Nüsrət Məmmədov türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrinə görə Qırğızıstanın “Dostluq” ordeni ilə təltif olunub.

Allahverdi Həsənov.jpg
  • 29 avqust 2024-cü il tarixdə texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri Allahverdi Həsənov 67 yaşında vəfat edib.

Loqo.png
  • 26 iyul 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” saytının redaksiyası “Şəki Ensiklopediyası” MMC olaraq dövlət qeydiyyatına götürülüb (VÖEN 3003797661). Bu sayt 25 may 2019-cu il tarixdə yaradılmış, 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş, 26 mart 2021-ci il tarixdən shaki.info domenində, 11 mart 2024-cü il tarixdən isə sheki.org domenində fəaliyyət göstərməyə başlamışdır.

Aydın Məmmədov, 22.07.2024.jpeg

Nazim Hacıyev.jpg

Səbuhi Süleymanov.jpg
  • 5 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edildi.

  • Zaman bəy Şıxəlibəyov.jpg
    Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının...
  • Tələt Qasımov2.jpg
    Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Şəki xanları və xanzadələri.jpg
    Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
  • Tuti aga.jpg
    Hacı Tuti ağa — zəmanəsinin sayılıb-seçilən şəxslərindən biri və bir neçə il ərzində Şəki xanının arvadı olmuş qadın. Şəkinin yerli xanlarının nəslindən idi və həm də özü də xan qızı idi...
  • Adil Qeybulla1.jpg
    Adil Qeybulla — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Rəşid bəy Əfəndiyev, 1937.jpg
    Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr...
  • Albert Mustafayev12.jpg
    Albert Mustafayev (1931–2022) — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Fərrux Yusifov.jpg
    Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri...
  • Şəki qəzası1928.png
    Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Aslan Rüstəmov0.jpg
    Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında...
Şəki Ensiklopediyasının ən çox oxunan məqalələrindən 10 nümunə
Oktyabrın 16-da anadan olanlar (2) Oktyabrın 16-da vəfat edənlər (1) Oktyabrda anadan olanlar (63) Oktyabrda vəfat edənlər (62) Şəxslər ad sırası ilə (977) Şəxslər familiya sırası ilə (955) Mənbələr (24) Tarixi materiallar (31) Müəlliflər (25) Şəki xanları və s. (25) Görkəmli şəxslər (145) Dövlət xadimləri (46) Alimlər (284) Hərbçilər (133) Yazıçılar (81) Rəssamlar (49) Həkimlər (63) Musiqiçilər (84) Aktyorlar (41) Pedaqoqlar (329) Jurnalistlər (66) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56)

Facebook qrupumuz Facebook səhifəmiz

Məqalə yarat Maliyyə dəstəyi