"Hacı Tuti ağa" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 79: | Sətir 79: | ||
|group=qeyd | |group=qeyd | ||
|refs= | |refs= | ||
− | <ref name=Q1>[[Qazıxana dəftəri|“Qazıxana dəftəri”ndə]] Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur {{ | + | <ref name=Q1>[[Qazıxana dəftəri|“Qazıxana dəftəri”ndə]] Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur {{Harvnb|Qazıxana dəftəri (2)|2008|s=41}}, {{Harvnb|Qazıxana dəftəri (3)|2008|s=102}}. Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə [[Hacı Seyid Əbdülhəmid|Hacı Seyid Əbdülhəmiddə]] də məlumat var {{Harvnb|ŞXT-1958|1958|s=31}}.</ref> |
}} | }} | ||
21:14, 20 may 2022 versiyası
Hacı Tuti ağa | |
---|---|
Hacı Tuti ağa Məhəmmədhəsənxan qızı | |
Tuti ağanın qəbrinin üzərindəki baş daşı (Şəki Xan qəbiristanlığı, 2009-cu il). | |
Digər adları | Tuti bəyim, Tuti xanım |
Anadan olub | ? |
Vəfat edib | 23 noyabr 1859 |
Vəfat etdiyi yer | Suram çaparxanası, Rusiya İmperiyası (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Gürcüstan) |
Dəfn yeri | Şəki Xan qəbiristanlığı |
Həyat yoldaşları | İsmayıl xan Xoyski, Kərim ağa Şəkixanov |
Uşaqları | Səkinə bəyim və Səadət bəyim |
Atası | Məhəmmədhəsən xan |
Anası | Xeyrənnisə xanım |
Vətəndaşlıq | Şəki xanlığı→ Rusiya İmperiyası |
Hacı Tuti ağa (?–1859) — zəmanəsinin sayılıb-seçilən şəxslərindən biri və bir neçə il ərzində Şəki xanşası olmuş qadın. Şəkinin yerli xanlarının nəslindən idi və həm də özü də xan qızı olub.
Haqqında məlumatlar
Tuti ağa 1783 – 1795 və 1797 – 1805-ci illərdə Şəki xanı olmuş Şəki xanı Məhəmmədhəsən xanın (≈1760 – 1831) birinci arvadı Xeyrənnisə xanımdan (? – ?) doğulmuş qızı idi. Məhəmmədhəsən xanın bu arvadından başqa uşaqları da olmuşdu, lakin onların hamısını qardaşı Səlim xan (?–1826) qətlə yetirmişdir[1]. Səlim xan 1805-ci ildə Şəkidə hakimiyyətə keçdikdən sonra isə Şəki xanlığını Rusiya İmperiyasının tərkibinə qatdı, lakin cəmi bir il sonra ruslara qarşı çıxdı. Nəticədə ruslar Şəki ilə heç bir əlaqəsi olmayan sabiq Xoy xanı Cəfərqulu xanı Şəkiyə xan təyin etdilər. Bundan sonra Cəfərqulu xanın oğlu və xələfi İsmayıl xan (?–1819) Tuti ağaya evlənmək təklifləri göndərməyə başladı. Tuti ağa bir neçə il dalbadal ona rədd cavabı versə də sonda ona ərə getməyə razılaşdı[2]. Bəzi məlumatlara görə İsmayıl xanla Tuti ağanın kəbini 15 iyun 1814-cü il tarixdə, Cəfərqulu xanın tikdirdiyi məscid-mədrəsədə (indiki Dairəvi məbəd) kəsilmişdir[3].
Tuti ağa İsmayıl xanın tək arvadı olmuş, ondan iki qız uşağı doğmuş və İsmayıl xanın vəfatına qədər qalada, atası Məhəmmədhəsən xanın tikdirdiyi Divanxananın (indiki Xan sarayı) yanındakı evdə yaşamışdır[4]. Bundan başqa, Çinaxbulaq[5], Çarxana[6], Neymətabad[7], Qumlaqeqarasu[8] kəndlərinin bütün vergi və töycüsü, xanlıq üzrə bütün boyaq töycüsü[9], Məhəmmədhəsən xan tərəfindən vaxtilə satın alınmış torpaqlardan Yaramar və Çarxana kəndlərindəki çəltik sahələrindən[10][11] gələn gəlir də Tuti ağaya çatırdı. 5 avqust 1819-cu il tarixdə İsmayıl xanın vəfat etməsindən sonra ruslar xan üsul-idarəsini dərhal ləğv etdilər və Tuti ağaya müəyyən məbləğdə maaş kəsərək, əvəzində əvvəlki gəlirlərini dayandırdılar. Bununla yanaşı İsmayıl xanın bütün qohum qardaşlarını Nuxadan (indiki Şəki) çıxarıb Yelizavetpola (indiki Gəncə) köçürdülər. Lakin o zaman Tuti ağa inad göstərərək nəinki Nuxada qala bildi, hətta İsmayıl xandan doğduğu iki qızını da Nuxada saxlamağa nail oldu. O, həmin vaxt Gürcüstanın mülki işlərini idarə edən general-leytenant İvan Velyaminova məktub yazaraq Nuxada nəyə görə qalmalı olduğunu əsaslandırmağa çalışmış və Nuxada qalmasına icazə verilməsini istəmiş[12], İvan Velyaminov isə onun xahişinə 7 noyabr (25 oktyabr) tarixdə müsbət cavab vermişdir[13]. Bunun dalınca isə İsmayıl xanın anası Şərəfnisə bəyim də İvan Velyaminova məktub yazaraq dul gəlininin və ondan doğulmuş iki nəvəsinin Yelizavetpola göndərilməsini xahiş etmiş[14], istəyini hüquqi cəhətdən də əsaslandırmağa çalışmış, lakin İvan Velyaminov 4 dekabr (22 noyabr) 1819-cu il tarixdə ona rədd cavabı vermişdir[15].
İsmayıl xandan sonra Tuti ağa əmisi oğlu Kərim ağa Şəkixanova (1788–1858) da ərə getmişdir. Lakin bu evlilik davamlı olmamış, uşaqları da olmamışdır[16].
Həccə getmiş[17], Nuxada bir məscid tikdirmişdir[18].
Vəfatı
23 noyabr 1859-cu il tarixdə Maran (indiki Marani(ru), Gürcüstan) ilə Tiflis (indiki Tbilisi, Gürcüstan) arasındakı Suram çaparxanasında (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Gürcüstan) vəfat etmişdir. Nəşi üç günə Tiflisə, oradan isə dörd günə Nuxaya gətirilmiş, 30 noyabr 1859-cu il tarixdə, çərşənbə axşamı günü Xan məscidinin qabağındakı Xan qəbiristanlığında, atasının qəbrinin yanında dəfn olunmuşdur[19].
Baş daşında aşağıdakılar həkk olunub:
Bu qəbir alicah Məhəmmədhəsən xanın qızı, mərhumə, xeyirli, əzəmətli xatun, hörmətli xanım Hacı Tuti ağanındır – Allah onların torpağını pak etsin! Min iki yüz yetmiş altıncı ildə[17]. |
Uşaqları
Səadət bəyim (1819–1892) — İsmayıl xanın ölümündən bir neçə gün əvvəl doğulmuşdur[20]. İsgəndər xan Xoyskiyə ərə getmiş, İsgəndər xandan Səltənət bəyim adlı qız və Cahangir xan adlı oğlan doğmuşdur[21]. Cahangir xan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir qardaşıdır. Səadət bəyimin və qızı Səltənət bəyimin qəbri Şəki xan qəbiristanlığındadır[22].
Səkinə bəyim (1815/1818–?) — 21 mart 1869-cu il tarixdə özündən azı 20 yaş kiçik olan Zaman bəy Şeyxəlibəyov ilə[qeyd 1], 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla ailə qurub[23].
Nəsil şəcərəsi
İsmayıl xan | Hacı Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | Zaman bəy Şeyxəlibəyov | Səkinə bəyim | Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeyis bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Xan-Xoyski (Cahangirli)[24] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeydlər
- ↑ “Qazıxana dəftəri”ndə Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur (Qazıxana dəftəri (2), 2008), (Qazıxana dəftəri (3), 2008). Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə Hacı Seyid Əbdülhəmiddə də məlumat var (ŞXT-1958, 1958).
İstinadlar
- ↑ AKAK (1), 1874, с. 759.
- ↑ AKAK (2), 1874, с. 758.
- ↑ Məmmədov A.S., 2021, s. 6.
- ↑ Описание Шекинской провинции, 1866.
- ↑ Описание Шекинской провинции (1), 1866.
- ↑ Описание Шекинской провинции (2), 1866.
- ↑ Описание Шекинской провинции (3), 1866.
- ↑ Описание Шекинской провинции (4), 1866.
- ↑ Описание Шекинской провинции (5), 1866.
- ↑ Описание Шекинской провинции (6), 1866.
- ↑ Описание Шекинской провинции (7), 1866.
- ↑ AKAK (2), 1874, с. 758–759.
- ↑ AKAK (1b), 1874, с. 759.
- ↑ AKAK (3), 1874, с. 762–763.
- ↑ AKAK (4), 1874, с. 763.
- ↑ ŞTQ (1), 2005, s. 91.
- ↑ 17,0 17,1 Nemətova M.S., 1961.
- ↑ Qazıxana dəftəri (1), 2008, s. 58.
- ↑ ŞTQ (2), 2005, № 87, s. 223.
- ↑ ATŞCX, 2003, s. 49.
- ↑ ATŞCX, 2003, s. 48.
- ↑ Məmmədov A.S., 2010.
- ↑ Qazıxana dəftəri (3), 2008, s. 102.
- ↑ Əli T., 2020.
Ədəbiyyat
- Письмо вдовы Измаил -хана Тути-ханумы к ген.-л. Вельяминову, получено 28-ю октября 1819 года // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 759.
- Письмо вдовы Измаил -хана Тути-ханумы к ген.-л. Вельяминову, получено 28-ю октября 1819 года // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 758.
- Тоже, ген.-л. Вельяминова ко вдов Измаил-хана Тути-ханум, от 25-го октября 1819 года, № 1479. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 759.
- Письмо матери Измаил-хана Шереф-Ниса-ханум к ген.-л. Вельлминову. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 762.
- Тоже, ген.-л. Вельяминова к Шереф-Ниса-ханум, от 22 ноября 1819 года, № 1716. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 763.
- Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz (azərb.) // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 4 iyun. — № 41 (1818). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 iyun 2021.
- Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 94.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 31.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 32.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 60.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 66.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 82.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 84.
- Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 85.
- Tahirzadə Ə.Ş. Kərin ağa Fatehin tərcümeyi-halı (Mustafa ağa Şuxi) // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı: 256. — Səh.: 91. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
- Tahirzadə Ə.Ş. Maddeyi-tarixlər // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı: 256. — Səh.: 223. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
- Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 29 Jun 2016 - 29 Nov 2020.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 58. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 151. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 102. — 200 nüsx.
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 31.
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 49. — ISBN 9952-25-001-3.
- Məmmədov A.S. F. x. Xoyskinin bacısının baş daşı Şəki Xan qəbristanlığından “yığışdırılmış”dır! (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2010. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 Apr 2010 - 23 Apr 2022.
- Əli T. Azad Xan Xoyski: “Sibirdə yeri qazıb altında qalmışıq” (azərb.) // Toplum TV : sayt. — 2020. — В. 12 iyun. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 may 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- 1859-cu ildə vəfat edənlər
- 23 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Описание Шекинской провинции” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Qazıxana dəftəri” kitabına istinad olunan məqalələr
- “Şəki xanlığının tarixindən” (1958) kitabına istinad olunan məqalələr
- ATŞCX-nə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr