Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2024

Şəki Ensiklopediyası səhifəsi
< Şəki Ensiklopediyası:Xəbərlər arxivi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:53, 1 oktyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosu
2024-cü il (2)
Loqo.png
  • 30 sentyabr 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” MMC media subyekti və “Şəki Ensiklopediyası” jurnalı çap mediası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

Rauf Quliyev.jpg
  • 4 sentyabr 2024-cü il tarixdə tanınmış həkim-cərrah, uşaq cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri Rauf Quliyev uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib.

Əli Məsimli1.jpg
Vüqar İskəndərov2.jpg
Cavanşir Feyziyev2.jpg
  • 1 sentyabr 2024-ci il tarixdə keçirilmiş VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 113 saylı Qax-Şəki Seçki Dairəsindən Əli Məsimli, 114 saylı Şəki Şəhər Seçki Dairəsindən Vüqar İskəndərov və 115 saylı Şəki Kənd Seçki Dairəsindən Cavanşir Feyziyev deputat seçiliblər.

Elşən Musayev.jpg
Eyvaz Qurbanov.jpg
  • 1 sentyabr 2024-ci il tarixdə keçirilmiş VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 116 saylı Qəbələ Seçki Dairəsindən Elşən Musayev və 117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsindən Eyvaz Qurbanov deputat seçiliblər.

Nüsrət Məmmədov.jpg
  • 31 avqust 2024-cü il tarixdə Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi və Qırğızıstan Respublikasının Müstəqillik Günü ilə əlaqədar olaraq Qırğızıstanda fəaliyyət göstərən azərbaycanlı biznesmen və diaspor fəalı Nüsrət Məmmədov türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrinə görə Qırğızıstanın “Dostluq” ordeni ilə təltif olunub.

Allahverdi Həsənov.jpg
  • 29 avqust 2024-cü il tarixdə texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri Allahverdi Həsənov 67 yaşında vəfat edib.

Loqo.png
  • 26 iyul 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” saytının redaksiyası “Şəki Ensiklopediyası” MMC olaraq dövlət qeydiyyatına götürülüb (VÖEN 3003797661). Bu sayt 25 may 2019-cu il tarixdə yaradılmış, 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş, 26 mart 2021-ci il tarixdən shaki.info domenində, 11 mart 2024-cü il tarixdən isə sheki.org domenində fəaliyyət göstərməyə başlamışdır.

Aydın Məmmədov, 22.07.2024.jpeg

Nazim Hacıyev.jpg

Səbuhi Süleymanov.jpg
  • 5 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edildi.
2024-cü il (1)
Vüsal Xəlilov.jpg
  • 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.

Rahim Hasanov2.jpg
  • 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Zərinə Cavadova.jpg
  • 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.

Kamil Adışirinov2.jpg
  • 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.

Vüqar İskəndərov2.jpg

Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg