Hacı Tuti ağa

Mammadov2 (müzakirə | redaktələr) (→‎Uşaqları) tərəfindən edilmiş 18:54, 20 noyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Hacı Tuti ağa (?–1859) — zəmanəsinin sayılıb-seçilən şəxslərindən biri və bir neçə il ərzində Şəki xanının arvadı olmuş qadın. Şəkinin yerli xanlarının nəslindən idi və həm də özü də xan qızı idi.

Hacı Tuti ağa
Hacı Tuti ağa Məhəmmədhəsənxan qızı
Hacı Tuti ağa
Tuti ağanın qəbrinin üzərindəki baş daşı (Şəki Xan qəbiristanlığı, 2009-cu il).
Digər adları Tuti bəyim, Tuti xanım
Anadan olub ?
Vəfat edib 23 noyabr 1859(1859-11-23)
Vəfat etdiyi yer Suram çaparxanası, Rusiya İmperiyası (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Gürcüstan)
Dəfn yeri Şəki Xan qəbiristanlığı
Həyat yoldaşları İsmayıl xan Xoyski, Kərim ağa Şəkixanov
Uşaqları Səkinə bəyim və Səadət bəyim
Atası Məhəmmədhəsən xan
Anası Xeyrənnisə xanım
Vətəndaşlıq Şəki xanlığı Rusiya İmperiyası

Haqqında məlumatlar Vizual/Mobil redaktə

Tuti ağa 1783 – 1795 və 1797 – 1805-ci illərdə Şəki xanı olmuş Məhəmmədhəsən xanın (≈1760–1831) birinci arvadı Xeyrənnisə xanımdan (?–?) doğulmuş qızı idi. Məhəmmədhəsən xanın bu arvadından başqa uşaqları da olmuşdu, lakin onların hamısını qardaşı Səlim xan (?–1826) qətlə yetirmişdir[1]. Səlim xan 1805-ci ildə Şəkidə hakimiyyətə keçdikdən sonra isə Şəki xanlığını Rusiya İmperiyasının tərkibinə qatdı, lakin cəmi bir il sonra ruslara qarşı çıxdı. Nəticədə ruslar Şəki ilə heç bir əlaqəsi olmayan sabiq Xoy xanı Cəfərqulu xanı Şəkiyə xan təyin etdilər. Bundan sonra Cəfərqulu xanın oğlu və xələfi İsmayıl xan (?–1819) Tuti ağaya evlənmək təklifləri göndərməyə başladı. Tuti ağa bir neçə il dalbadal ona rədd cavabı versə də sonda ona ərə getməyə razılaşdı[2]. Bəzi məlumatlara görə İsmayıl xanla Tuti ağanın kəbini 15 iyun 1814-cü il tarixdə, Cəfərqulu xanın tikdirdiyi məscid-mədrəsədə (indiki Dairəvi məbəd) kəsilmişdir[3].

Tuti ağa İsmayıl xanın tək arvadı olmuş, ondan iki qız uşağı doğmuş və İsmayıl xanın vəfatına qədər qalada, atası Məhəmmədhəsən xanın tikdirdiyi Divanxananın (indiki Xan sarayı) yanındakı evdə yaşamışdır[4]. Bundan başqa, Çinaxbulaq[5], Çarxana[6], Neymətabad[7], Qumlaqeqarasu[8] kəndlərinin bütün vergi və töycüsü, xanlıq üzrə bütün boyaq töycüsü[9], Məhəmmədhəsən xan tərəfindən vaxtilə satın alınmış torpaqlardan Yaramar və Çarxana kəndlərindəki çəltik sahələrindən[10][11] gələn gəlir də Tuti ağaya çatırdı. 5 avqust 1819-cu il tarixdə İsmayıl xanın vəfat etməsindən sonra ruslar xan üsul-idarəsini dərhal ləğv etdilər və Tuti ağaya müəyyən məbləğdə maaş kəsərək, əvəzində əvvəlki gəlirlərini dayandırdılar. Bununla yanaşı İsmayıl xanın bütün qohum qardaşlarını Nuxadan (indiki Şəki) çıxarıb Yelizavetpola (indiki Gəncə) köçürdülər. Lakin o zaman Tuti ağa inad göstərərək nəinki Nuxada qala bildi, hətta İsmayıl xandan doğduğu iki qızını da Nuxada saxlamağa nail oldu. O, həmin vaxt Gürcüstanın mülki işlərini idarə edən general-leytenant İvan Velyaminova məktub yazaraq Nuxada nəyə görə qalmalı olduğunu əsaslandırmağa çalışmış və Nuxada qalmasına icazə verilməsini istəmiş[12], İvan Velyaminov isə onun xahişinə 7 noyabr (25 oktyabr) tarixdə müsbət cavab vermişdir[13]. Bunun ardınca isə İsmayıl xanın anası Şərəfnisə bəyim də İvan Velyaminova məktub yazaraq dul gəlininin və ondan doğulmuş iki nəvəsinin Yelizavetpola göndərilməsini xahiş etmiş[14], istəyini hüquqi cəhətdən də əsaslandırmağa çalışmış, lakin İvan Velyaminov 4 dekabr (22 noyabr) 1819-cu il tarixdə ona rədd cavabı vermişdir[15].

İsmayıl xandan sonra Tuti ağa əmisi oğlu Kərim ağa Şəkixanova (1788–1858) da ərə getmişdir. Lakin bu evlilik davamlı olmamış, uşaqları da olmamışdır[16].

Həccə getmiş[17], Nuxada bir məscid tikdirmişdir[18].

Vəfatı Vizual/Mobil redaktə

 
 
Maran (indiki Marani(ru))
 
Suram
çaparxanası
(indiki Surami(ru)
şəhər tipli qəsəbəsi)
 
Tiflis (indiki Tbilisi)
Tuti ağanın vəfatı ilə bağlı olaraq adı çəkilən yerlər müasir Gürcüstan xəritəsində.

23 noyabr 1859-cu il tarixdə Maran (indiki Marani(ru), Gürcüstan) ilə Tiflis (indiki Tbilisi, Gürcüstan) arasındakı Suram çaparxanasında (indiki Surami(ru) şəhər tipli qəsəbəsi, Gürcüstan) vəfat etmişdir. Nəşi üç günə Tiflisə, oradan isə dörd günə Nuxaya gətirilmiş, 30 noyabr 1859-cu il tarixdə, çərşənbə axşamı günü Xan məscidinin qabağındakı Xan qəbiristanlığında, atasının qəbrinin yanında dəfn olunmuşdur[19].

Baş daşında aşağıdakılar həkk olunub:

 

Bu qəbir alicah Məhəmmədhəsən xanın qızı, mərhumə, xeyirli, əzəmətli xatun, hörmətli xanım Hacı Tuti ağanındır – Allah onların torpağını pak etsin! Min iki yüz yetmiş altıncı ildə[17].

 

Uşaqları Vizual/Mobil redaktə

Səadət bəyim (1819–1892) — İsmayıl xanın ölümündən bir neçə gün əvvəl anadan olmuşdur[20]. İsgəndər xan Xoyskiyə ərə getmiş, İsgəndər xandan Səltənət bəyim adlı qız və Cahangir xan adlı oğlan doğmuşdur[21]. Cahangir xan görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir qardaşıdır. Səadət bəyimin və qızı Səltənət bəyimin qəbri Şəki xan qəbiristanlığındadır[22].

Səkinə bəyim (1815/1818–?) — mənbələrdə 21 mart 1869-cu il tarixdə özündən azı 20 yaş kiçik olan Zaman bəy Şeyxəlibəyov ilə[qeyd 1], 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla[23] ailə qurması haqqında məlumatlar var. Lakin çox güman ki Səkinə bəyim heç də ilk dəfə 40 yaşında yox, əslində daha gənc yaşlarında ailə qurmuşdur. Belə ki Əhməd Nəbiyev (1885–+1970) Ədilı xanın (1882–1970) tərcümeyi-halında göstərmişdir ki, Ədil xanın atası Əhməd xanın anası İsmayıl xan Xoyski ilə Tuti ağanın qızıdır[24].

Nəsil şəcərəsi Vizual/Mobil redaktə


 
 
 
 
 
 
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
?
 
Səkinə bəyim
 
əvvəl Zaman bəy Şeyxəlibəyov, sonra Həsən xan Sultanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
 
 
 
 
 
 
 
Əhməd xan
 
Pəri xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim
 
Sehran bəyim
 
Teymur xan
 
Ədil xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)[25]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qeydlər Vizual/Mobil redaktə

  1. “Qazıxana dəftəri”ndə Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur (Qazıxana dəftəri (2), 2008, s. 151), (Qazıxana dəftəri (3), 2008, s. 102). Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə Hacı Seyid Əbdülhəmiddə də məlumat var (Şəki xanlığının tarixindən, 1958, s. 31).

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Письмо вдовы Измаил -хана Тути-ханумы к ген.-л. Вельяминову, получено 28-ю октября 1819 года // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 759.
    Письмо вдовы Измаил -хана Тути-ханумы к ген.-л. Вельяминову, получено 28-ю октября 1819 года // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 758.
    Тоже, ген.-л. Вельяминова ко вдов Измаил-хана Тути-ханум, от 25-го октября 1819 года, № 1479. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 759.
    Письмо матери Измаил-хана Шереф-Ниса-ханум к ген.-л. Вельлминову. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 762.
    Тоже, ген.-л. Вельяминова к Шереф-Ниса-ханум, от 22 ноября 1819 года, № 1716. // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 763.
  2. Məmmədov A. S. Şəkidəki Dairəvi məbəd haqqında bilmədiklərimiz (azərb.) // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2021. — В. 4 iyun. — № 41 (1818). — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 iyun 2021.
  3. Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 94.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 31.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 32.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 60.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 66.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 82.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 84.
    Ссылка // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866. — С. 85.
  4. Tahirzadə Ə.Ş. Kərim ağa Fatehin tərcümeyi-halı (Mustafa ağa Şuxi) // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı:  256. — Səh.: 91. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
    Tahirzadə Ə.Ş. Maddeyi-tarixlər // Şəkinin tarixi qaynaqlarda. — Bakı: Master, 2005. — Səhifələrin sayı:  256. — Səh.: 223. — 500 nüsx. — ISBN 0-9769954-0-9.
  5. Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 29 Jun 2016 - 29 Nov 2020.
  6. Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 58. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 151. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 102. — 200 nüsx.
  7. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 31.
  8. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  9. Исмаилов Э.Э.  Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 49. — ISBN 9952-25-001-3.
  10. Məmmədov A.S. F. X. Xoyskinin bacısının başdaşı Şəki “Xan qəbristanlığı”na – əvvəlki yerinə qaytarılmalıdır! (azərb.) // İpəkçi : qəzet. — Bakı: Azərbaycan, 2010. — В. 22 aprel. — № 5 (2269). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Mar 2019 - 1 Jul 2020.
  11. Mərdanov M.C, Tahirzadə Ə.Ş. XOYSKİ Əmir(aslan) xan Cahangir xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 362 – 367. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.
  12. Əli T. Azad Xan Xoyski: “Sibirdə yeri qazıb altında qalmışıq” (azərb.) // Toplum TV : sayt. — 2020. — В. 12 iyun. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 may 2022.