Ülvi Abışov
Ülvi Abışov | |
---|---|
Abışıov Ülvi Bayram oğlu | |
![]() | |
Ülvi Abışov. |
Ülvi Abışov (1997–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
23 aprel 1997-ci il tarixdə Şəki rayonunun Turan qəsəbəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2003 – 2014-cü illərdə Turan qəsəbə tam orta məktəbində təhsil alıb.
Turan qəsəbə Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
2015-ci ilin aprel ayından 2017-cı ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə olub, 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlamasından sonra elan edilmiş qismən səfərbərliklə bağlı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılaraq döyüş bölgələrinə göndərilib. Füzuli, Cəbrayıl döyüşlərində və Şuşa uğrunda döyüşlərdə iştirak edib.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
8 noyabr 2020-ci il tarixdə – 23 yaşında, Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
17 noyabr 2020-ci il tarixdə Turan qəsəbəsinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailədə iki qardaş olublar. Subay idi.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ÜLVİ Bayram oğlu Abışov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
...
Bildiriş[HTML redaktə]
...