Şahmar Soltanlı
Şahmar Soltanlı | |
---|---|
Soltanlı Şahmar Qinyaz oğlu | |
![]() | |
Şahmar Soltanlı. |
Şahmar Soltanlı (1996–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
20 fevral 1996-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2003 – 2011-ci ildə Şəki şəhər 5 saylı tam orta məktəbində doqquzillik natamam-orta təhsil,
2006 – 2011-ci illərdə Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbinin tar şöbəsində musiqi təhsili alıb.
2011-ci ildə Bakı Humanitar Kollecinə daxil olub. Lakin təhsilini davam etdirə bilməyib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Müxtəlif fərdi işlərlə məşğul olub.
Hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2018-ci ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər həqiqi hərbi xidmətdə olub, əvvəlcə Goranboyda yerləşən “N” saylı hərbi hissədə, sonra isə Tərtərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə qumbaraatan köməkçisi, atıcı olub.
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra elan edilmiş qismən səfərbərliklə bağlı olaraq,
5 oktyabr 2020-ci il tarixdə yenidən orduya çağırılıb. “N” saylı hərbi hissənin tərkibində Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib. Tərtər rayonunun Qafanlı kəndinə düşən qrad mərmisindən yaralansa da, cəmi 2 gündən sonra yenidən döyüşlərə qatılıb.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
17 oktyabr 2020-ci il tarixdə – 24 yaşında, Suqovuşan istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[2];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[3].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası: Qinyaz Bədirov — zəhmətkeş bir şəxs (55 yaşında vəfat edib).
Anası: Gülxar — Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbində pianino müəllimi.
Ailədə iki qardaş olublar.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ŞAHMAR Qinyaz oğlu Soltanlı : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
...
Bildiriş[HTML redaktə]
...