Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rövşən Məmmədov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Rövşən
Məmmədov
Məmmədov Rövşən Müşfiq oğlu
Rövşən Məmmədov
Rövşən Məmmədov.

Rövşən Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 oktyabr 1995-ci il tarixdə Mingəçevirdə, əslən Şəki rayonunun Böyük Dəhnə kəndindən olan ailədə anadan olub.

1999 – 2007-ci illərdə ailəvi Volqoqradda (Rusiya Federasiyası),

2007-ci ildən isə Sumqayıtda yaşayıblar.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2002 – 2007-ci illərdə Volqoqrad şəhəri 37 №-li tam orta məktəbində,

2007 – 2013-ci illərdə Sumqayıt şəhəri 4 №-li tam orta məktəbində,

2013 – 2017-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının/Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geofizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2018 – 2020-ci illərdə Sumqayıt şəhərində Sumqayıt Texnologiyalar Data mərkəzində quraşdırıcı vəzifəsində çalışıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2017 – 2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

29 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra Azərbaycan Respublikası ərazisində elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq yenidən hərbi xidmətə çağırılıb. Tərtər-Ağdərə rayonlarında döyüşüb, bir neçə yüksəkliyin alınmasında iştirak edib.

Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]

13 oktyabr 2020-ci il tarixdə – 24 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

24 oktyabr 2020-ci il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndinin Şəhidlər xiyabanında dəfn edilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailədə iki qardaş olublar. Subay idi.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RÖVŞƏN Müşfiq oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video[Vizual/Mobil redaktə | HTML redaktə]

...

Bildiriş[HTML redaktə]

...