Zaur Əliyev
Zaur Əliyev | |
---|---|
Əliyev Zaur Eldar oğlu | |
![]() | |
Zaur Əliyev. |
Zaur Əliyev (1989–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
24 iyul 1989-cu il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1995 – 2004-cü illərdə Şəki şəhər 9 saylı tam orta məktəbində təhsil alıb.
2005-ci ildə Şəki Avtomobil Məktəbini sürücü ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2009 – 2010-cu illərdə fəhlə işləyib.
2010 – 2013-cü illərdə Beyləqanda yerləşən «N» saylı hərbi hissədə,
2014 – 2018-ci illərdə Şəki Hava Bürosunda,
2019-cu ilin əvvəlindən 30 sentyabr 2020-ci ilədək Şəkidə «Əfqan» firmasında sürücü vəzifəsində çalışıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
2007 – 2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi başladıqdan sonra 30 sentyabr 2020-ci il tarixdə könüllü olaraq orduya yazılıb və sürücü kimi Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
15 oktyabr 2020-ci il tarixdə – 31 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib. Sonradan məzarı Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsinə köçürülüb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[2];
- “İgidliyə görə” medalı — ölümündən sonra (24.06.2021)[3];
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəli idi, həlak olarkən bir yaşında oğlu var idi.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ZAUR Eldar oğlu Əliyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
...
Bildiriş[HTML redaktə]
...