Elçin Nadirov
Elçin Nadirov | |
---|---|
Nadirov Elçin Nadir oğlu | |
![]() | |
Elçin Nadirov. |
Elçin Nadirov (1987–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
5 dekabr 1987-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1994 – 1998-ci illərdə Şəki şəhər M.F.Axundov adına 2 saylı orta məktəbində,
1998 – 2001-ci illərdə əvvəl Şəki şəhər 5 saylı orta məktəbində, sonra isə Şəki şəhər 7 saylı orta məktəbində,
2001 – 2005-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində,
2005 – 2006-cı illərdə Şəki Texnologiya Texnikumunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Hərbi xidmətdə və hərbçi əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2006-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmət müddətini başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmətə keçib. Bərdə, Şəki, Qəbələ, Zaqatalada xidmət edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Daxili Qoşunlarının “Qartal” adlanan xüsusi təyinatlı Zaqatala dəstəsinin tərkibində döyüşlərdə iştirak edib.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
15 oktyabr 2020-ci il tarixdə – 32 yaşında, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.
17 oktyabr 2020-ci il tarixdə Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[3].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailədə bir bacı, bir qardaş olublar.
Ailəli idi. Şəhid olarkən 8 yaşlı qızı və 5 yaşlı oğlu vardı.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021)....
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELÇİN Nadir oğlu Nadirov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video[Vizual/Mobil redaktə | HTML redaktə]
...
Bildiriş[HTML redaktə]
...