Aydın Əhmədli
Aydın Əhmədli | |
---|---|
Əhmədli Aydın Mustafa oğlu | |
![]() | |
Aydın Əhmədli. | |
Doğum tarixi | 12 mart 2002 |
Doğum yeri |
Orta Zəyzid, Şəki rayonu, ![]() |
Vəfat tarixi | 8 oktyabr 2020 (18 yaşında) |
Vəfat yeri |
Füzuli rayonu, ![]() |
Dəfn yeri |
Qandaq kənd qəbiristanlığı, Zaqatala rayonu, ![]() |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq |
![]() |
Mənsubiyyəti |
![]() |
Atası | Mustafa |
Anası | Bahar |
Hərbi fəaliyyəti | |
Qoşun növü |
![]() |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() ![]() |
Aydın Əhmədli (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
12 mart 2002-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
2008 – 2019-cu illərdə əvvəl Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində, sonra isə Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
2020-ci ilin may ayında hərbi xidmətə gedib. Əsgəri xidmətinə Ağcabədi rayonunda başlayıb.
29 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində ön cəbhəyə gedib. Füzuli döyüşlərində iştirak edib.
Şəhid olması[redaktə | HTML redaktə]
8 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Füzuli uğrunda gedən döyüş zamanı qarşı tərəfdən atılmış mərminin onun yaxınlığına düşüb partlaması nəticəsində qəhrəmancasına həlak olub.
9 oktyabr 2020-ci il tarixdə anasının doğulduğu Zaqatala rayonunun Qandaq kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Xocavəndin azad olunmasına görə” medalı – ölümündən sonra (24.06.2021)[2];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (05.11.2021)[3].
Ailəsi[redaktə | HTML redaktə]
Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 29.08.2022.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : AYDIN Mustafa oğlu Əhmədli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar[redaktə | HTML redaktə]
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 12 martda doğulanlar
- Martda doğulanlar
- 2002-ci ildə doğulanlar
- 8 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə