Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Həmid Abbasbəyli" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 82: Sətir 82:
 
* [["Laçının azad olunmasına görə" medalı|“Laçının azad olunmasına görə” medalı]] – ölümündən sonra (24.06.2021){{sfn|“Laçının azad olunmasına görə” medalı ilə...|}}.
 
* [["Laçının azad olunmasına görə" medalı|“Laçının azad olunmasına görə” medalı]] – ölümündən sonra (24.06.2021){{sfn|“Laçının azad olunmasına görə” medalı ilə...|}}.
  
====Vəfatı====
+
====Şəhid olması====
 
2020-ci il oktyabr ayının 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub.
 
2020-ci il oktyabr ayının 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub.
  

23:02, 19 oktyabr 2022 versiyası

Həmid Abbasbəyli
Abbasbəyli Həmid Cavanşir oğlu
Həmid Abbasbəyli
Həmid Abbasbəyli.
Doğum tarixi 17 noyabr 1991(1991-11-17)
Doğum yeri Binəqədi rayonu, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 20 oktyabr 2020 (28 yaşında)
Vəfat yeri Qırmızı Bazar qəsəbəsi, Xocavənd rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Cavanşir Abbasov
Anası Gülnarə Məmmədova
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2006–2020
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Təltifləri "Qarabağ" ordeni — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018"Vətən uğrunda" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2021"Xocavəndin azad olunmasına görə" medalı — 2021"Laçının azad olunmasına görə" medalı — 2021

Həmid Abbasbəyli (1991–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Haqqında məlumatla

17 noyabr 1991-ci il tarixdə Bakının Binəqədi rayonunda anadan olub.

2002-ci ilin noyabr ayında anası və qardaşı ilə birgə Şəki şəhərinə – nənəsinin yanına köçüb.

Təhsili

1998 – 2002-ci illərdə Bakı şəhər Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbində,

2002 – 2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2006 – 2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə

2009 – 2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2013 – 2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirib.

2016-cı il dekabr ayının 5-dən 2017-ci il fevral ayının 17-dək Türkiyədə,

2017-ci il sentyabr ayının 18-dən 2018-ci il yanvar ayının 15-dək isə Çində təlim kursu keçib.

Hərbçi fəaliyyəti

2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində taqım komandiri vəzifəsini daşıyıb.

2015-ci ildə öz ərizəsinə əsasən ağır təlimlərdən, imtahanlardan, sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulub. İşlədiyi müddət ərzində özünü nümunəvi, peşəkar zabit kimi göstərib.

2016-cı ilin 2–5 aprel tarixlərində baş verən Aprel döyüşlərində milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə 2018-ci il iyun ayının 26-da Bakının “Azadlıq” meydanında təşkil olunmuş təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edib və yubiley medalı ilə təltif olunub.

2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qızıl meydanda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edənlərin sırasında olub.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib. Düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Ağır döyüşlərin birində minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra yenidən döyüşlərə davam edib.

Təltif və mükafatları

Şəhid olması

2020-ci il oktyabr ayının 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub.

24 oktyabr 2020-ci il tarixdə Bakıda İkinci Fəxri Xiyabanında dəfn edilib.

Xatirəsi

2021-ci ildə Xətai rayonunda vaxtilə yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuş və bağ salınmışdır[8].

Ailəsi

Atası: Cavanşir Abbasov, 2016-cı ildə vəfat edib.

Ailədə 2 qardaş olublar. Subay idi.

Digər

İdmanın boks və qaydasız döyüş növləri ilə məşğul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi.

İstinadlar

  1. Şəki Şəhər İcra Hakimiyyəti.
  2. “Qarabağ” ordeni ilə....
  3. “Vətən uğrunda” medalı ilə....
  4. “Cəbrayılın azad olunmasına görə” medalı ilə....
  5. “Füzulinin azad olunmasına görə” medalı ilə....
  6. “Xocavəndin azad olunmasına görə” medalı ilə....
  7. “Laçının azad olunmasına görə” medalı ilə....
  8. "Xətai rayonunda Şəhid Abbasbəyli Həmid Cavanşir oğlununun xatirə lövhəsinin açılışı olub+VİDEO". www.khatai-ih.gov.az — Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti. 15 fevral 2021. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 04.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 9 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : HƏMİD Cavanşir oğlu Abbasbəyli : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  5. Vətən səninlə fəxr edir, Həmid : O, Aprel döyüşləri də daxil olmaqla 44 günlük Vətən müharibəsində özünün şücaəti ilə döyüş yoldaşlarının yaddaşında silinməz izlər buraxıb : [arx. 04.12.2021] // TRT Azərbaycan. — 2021. — 3 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  6. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
  7. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 26 Jun 2021 - 28 Jun 2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 04.12.2021.
  8. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 04.12.2021.

Həmçinin, bax: