"Saleh Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 60: | Sətir 60: | ||
22 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Laçın rayonunun Səfiyan kəndində qəhrəmancasına həlak olub. | 22 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Laçın rayonunun Səfiyan kəndində qəhrəmancasına həlak olub. | ||
− | 24 oktyabr 2020-ci il tarixdə [[Abbas|Abbas kəndinin]] | + | 24 oktyabr 2020-ci il tarixdə [[Abbas|Abbas kəndinin]] qəbiristanlığında dəfn edilib. |
====Təltif və mükafatları==== | ====Təltif və mükafatları==== |
18:52, 3 noyabr 2022 versiyası
Saleh Məmmədov | |
---|---|
Məmmədov Saleh Mustafa oğlu | |
Saleh Məmmədov. | |
Doğum tarixi | 9 fevral 1995 |
Doğum yeri | Abbas, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 22 oktyabr 2020 (25 yaşında) |
Vəfat yeri | Səfiyan kəndi, Laçın rayonu, Azərbaycan |
Dəfn yeri | Abbas kənd qəbiristanlığı |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | Mustafa |
Anası | Qənirə |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013–2020 |
Rütbə | baş çavuş |
Təltifləri |
Saleh Məmmədov (1995–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.
Haqqında məlumatlar
9 fevral 1995-ci il tarixdə Şəki rayonunun Abbas kəndində anadan olub.
Təhsili
2001 – 2012-ci illərdə Aşağı Layısqı kənd tam orta məktəbində təhsil alıb.
Hərbi fəaliyyəti
2013-cü ilin aprelindən 2014-cü ilin oktyabrınadək həqiqi hərbi xidmətdə olub; Milli Qvardiyanın Fəxri Qarovul Taborunda xidmət edib.
2015-ci ildən hərbi xidmətini Dövlət Sərhəd Xidmətində davam etdirib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət taborunda 3 il xidmət edib.
2016-cı ildə Aprel döyüşlərində iştirak edib və ağır yaralanıb.
2019-cu ildən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrində baş çavuş rütbəsində müddətdən artıq xidmətini davam etdirib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində bir neçə rayon və yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.
Şəhid olması
22 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Laçın rayonunun Səfiyan kəndində qəhrəmancasına həlak olub.
24 oktyabr 2020-ci il tarixdə Abbas kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni – ölümündən sonra (15.12.2020)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “Cəbrayılın azad olunmasına görə” medalı – ölümündən sonra (24.12.2020)[3];
- “Qubadlının azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[4];
- “Laçının azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[5].
Ailəsi
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 DEKABR 2020). Arxivləşdirilib (24 dekabr 2020).
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 06.02.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 06.02.2022.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SALEH Mustafa oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 1995-ci ildə doğulanlar
- 9 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 22 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Laçının azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə