Kazım Məmmədsalahov
Kazım Məmmədsalahov | |
---|---|
Məmmədsalahov Kazım Sahib oğlu | |
Kazım Məmmədsalahov. | |
Doğum tarixi | 7 may 1989 |
Doğum yeri | Qoxmuq, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | Tərtər rayonu, Azərbaycan |
Vəfat yeri | 15 oktyabr 2020 (31 yaşında) |
Dəfn yeri | Qoxmuq kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşağı | Aylin |
Atası | Sahib |
Anası | Nərminə |
Həyat yoldaşı | Lalə |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2005 – 2006; 2012 – 2015; 2020 |
Rütbə | sıravi |
Təltifləri |
Kazım Məmmədsalahov (1989–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar
7 may 1989-cu il tarixdə Şəki rayonunun Qoxmuq kəndində anadan olub.
Təhsili
Qoxmuq kənd orta məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kurs keçib.
Əmək fəaliyyəti
2006 – 2012-ci və 2015 – 2020-ci illər arasında fərdi əməklə məşğul olub.
Hərbi xidməti və hərbçi əmək fəaliyyəti
2005 – 2006-cı illərdə həqiqi hərbi xidmətdə olub.
2012 – 2015-cı illərdə müddətdən artıq xidmət edib.
2020-ci ilin aprel ayında yenidən MAXE kimi ordu sıralarında xidmətə keçib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunda, o cümlədən Suqovuşanda gedən döyüşlərdə iştirak edib.
Şəhid olması
15 oktyabr 2020-ci il tarixdə – 31 yaşında, Tərtər rayonunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Qoxmuq kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (29.12.2020)[2];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[3].
Ailəsi
Ailədə bir bacı və üç qardaş olublar. Evli idi, şəhid olarkən 6 yaşında bir qızı vardı.
Xatirəsi
2021-ci ildə Qoxmuq kəndində adını daşıyan bulaq kompleksi istifadəyə verilib.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : KAZIM Sahib oğlu Məmmədsalahov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- K
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 7 mayda doğulanlar
- Mayda doğulanlar
- 1989-cu ildə doğulanlar
- 15 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə