Mərdan Mehdizadə
Mərdan Mehdizadə | |
---|---|
Mehdizadə Mərdan Əhməd oğlu | |
Mərdan Mehdizadə. | |
Doğum tarixi | 25 mart 1979 |
Doğum yeri | Göybulaq, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 12 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Göybulaq kəndinin kənd qəbiristanlı, Şəki rayonu, Azərbaycan |
Uşaqları | Əkrəm və Əfşan |
Atası | Əhməd |
Anası | Solmaz |
Həyat yoldaşı | Leyla |
Hərbi fəaliyyəti |
Mərdan Mehdizadə (1979–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş miçmanı.
Haqqında məlumatlar
25 mart 1979-cu il tarixdə Şəki rayonunun Göybulaq kəndində anadan olub.
Təhsili
1985 – 1991-ci illərdə Göybulaq kənd natamam orta məktəbində,
1991 – 1996-cı illərdə isə Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbində təhsil alıb.
1999-cu ilin aprel ayından 1999-cu ilin avqust ayına qədər Bakı Ali Dənizçilik məktəbində,
2000-ci ilin yanvar ayından 2000-ci ilin mart ayına qədər isə Türkiyə Respublikasının İstanbul şəhərində kurs keçib.
Hərbi xidmət və hərbçi əmək fəaliyyəti
1997-ci il iyul ayının 4-də həqiqi hərbi xidmətə çağırılıb.
1997-ci il iyul ayından 1997-ci ilin sentyabr ayına qədər “N” saylı hərbi hissədə xidmət edib.
1997-ci il sentyabr ayından 1999-cu ilin aprel ayına qədər “N” saylı hərbi hissədə dalğıc-mütəxəssis,
1999-cu ilin avqust ayından 2000-ci ilin iyun ayına qədər “N” saylı hərbi hissədə dəniz dalğıc gəmisinin dalğıc postunun rəisi,
2000-ci ilin iyun ayından 2004-cü ilin yanvar ayına qədər “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstənin xüsusi təyinatlı qrupunun dalğıc-qrup komandirinin müavini,
2004-cü ilin yanvar ayından 2010-cu ilin may ayına qədər yenə də həmin hərbi hissədə Qərargah və təchizat bölüyünün anbar rəisi,
2010-cu ilin may ayından 2017-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə Xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) xüsusi təyinatlı dalğıc kəşfiyyatçısı,
2017-ci ilin mart ayında isə xüsusi təyinatlı taborun (sualtı hücum) xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupun dalğıc kəşfiyyatçısı vəzifəsində xidmət edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ön cəbhədə vuruşub.
Şəhid olması
12 oktyabr 2020-ci il tarixdə – 41 yaşında, Cəbrayıl rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub.
13 oktyabr 2020-ci il tarixdə Göybulaq kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
Xidməti dövründə 1-ci, 2-ci, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvə-lərinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.
Ailəsi
Ailədə bir bacı və üç qardaş olublar.
Ailəli idi, şəhid olarkən bir oğlu və bir qızı vardı.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : MƏRDAN Əhməd oğlu Mehdizadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 1979-cu ildə doğulanlar
- 25 martda doğulanlar
- Martda doğulanlar
- 12 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə