Əlihüseyn Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Əlihüseyn
Məmmədov
Məmmədov Əlihüseyn Elşad oğlu
Əlihüseyn Məmmədov
Əlihüseyn Məmmədov.
Doğum tarixi 24 yanvar 1998(1998-01-24)
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi 9 oktyabr 2020 (22 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Elşad
Anası Arzu
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, istilik energetikası mühəndisliyi fakültəsi (2016–2020)
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Füzulinin azad olunmasına görə" medalı — 2020

Əlihüseyn Məmmədov (1998–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 yanvar 1998-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2005 və 2009 – 2015-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2005 – 2009-cu illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada (Bakı),

2016 – 2020-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2020-ci ilədək, universitetdə təhsil aldığı dövrdə, paralel olaraq “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir işləyib.

Hərbi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

7 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə əsgər, atıcı olub.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı “N” saylı hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]

9 oktyabr 2020-ci il tarixdə – 22 yaşında, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

Əvvəl Şəki şəhərinin Qışlaq hissəsindəki qəbiristanlıqda, sonra isə Dovşan düzündəki qəbiristanlığın şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Vaxtilə yaşamış olduğu Bakının Sabunçu rayonu ərazisindəki binanın divarında xatirə lövhəsi vurulub[4].

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ƏLİHÜSEYN Elşad oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  1. Şəhid Əlihüseyn Məmmədovun anasının xatirələri : [arx. 01.02.2021] // AZƏRTAC. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 20.01.2022.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TAPDIQ Dövlətxan oğlu Qurbanəliyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. Telmanqızı Y. “Xəyalıımda qurduğum xoşbəxtliyə bir gün bu kəpənək kimi uçaraq qovuşacam...” : [arx. 20.01.2022] // https://xebertime.az/. — 2021. — 9 fevral. — Müraciət tarixi: 20.01.2022.
  5. ADNSU-nun məzun şəhidinin xatirə lövhəsinin açılışı olub : [arx. 28 Jan 2021 - 6 Mar 2021] // ADNSU. — 2021. — 28 yanvar. — Müraciət tarixi: 20.01.2022.

Video-çarxlar[Vizual/Mobil redaktə | HTML redaktə]