Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Elmir Umudlu

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:14, 27 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Elmir Umudlu
Umudlu Elmir Pərviz oğlu
Elmir Umudlu
Elmir Umudlu.
Doğum tarixi 25 mart 2001(2001-03-25)
Doğum yeri İnçə, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 28 oktyabr 2020 (19 yaşında)
Vəfat yeri Xocavənd, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri İnçəZunud kəndlərinin qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Pərviz Umudova
Anası Sənurə Umudova
Təhsili Sumqayıt Dövlət Texniki Kolleci, nəqliyyat daşınmalarının təşkili fakültəsi (2018–2019, natamam)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2019 – 2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Xocavəndin azad olunmasına görə" medalı — 2021"Füzulinin azad olunmasına görə" medalı — 2020

Elmir Umudlu (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

25 mart 2001-ci il tarixdə Şəki rayonunun İnçə kəndində anadan olub.

Təhsili

2007 – 2008-ci illərdə İnçə-Zunud kənd tam orta məktəbində,

2008 – 2015-ci illərdə Bakı şəhər orta məktəblərindən birində,

2015 – 2018-ci illərdə isə yenidən İnçə-Zunud kənd tam orta məktəbində təhsil alıb.

2018-ci ildə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin nəqliyyat daşınmalarının təşkili fakültəsinə qəbul olunub.

Hərbi xidmətdə

2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində bir sıra döyüşlərdə, o cümlədən, Cəbrayıl şəhərinin, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Yaralanıb, lakin az müddət sonra yenidən döyüşlərə qatılıb.

Şəhid olması

28 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Xocavənd rayonunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

31 oktyabr 2020-ci il tarixdə Zunud kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə iki uşaq olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).
  5. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELMİR Pərviz oğlu Umudlu : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video