Eltun Kərimov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Eltun Kərimov
Kərimov Eltun Zaur oğlu
Eltun Kərimov
Eltun Kərimov.
Doğum tarixi 1 fevral 2001(2001-02-01)
Doğum yeri Krasnoturınsk, Sverdlovski vilayəti, Rusiya
Vəfat tarixi 29 sentyabr 2020 (19 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Zaur
Anası Aybəniz
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2019 – 2020
Rütbə sıravi
Vəzifəsi minaatan
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Laçının azad olunmasına görə" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Eltun Kərimov (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1 fevral 2001-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovski vilayətinin Krasnoturınsk şəhərində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

2008 – 2015-ci illərdə Krasnoturınsk şəhər 5 №-li orta məktəbində,

2015 – 2018-ci illərdə isə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbinin rus bölməsində təhsil alıb.

Hərbçi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

3 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb. Hərbidə minaatan əsgər olub. Əsgəri xidmətinin başa çatmasına bir neçə gün qalmış başlayan Vətən müharibəsində Tərtər rayonu ərazisində gedən döyüşlərdə iştirak edib.

Şəhid olması[Vizual redaktə | HTML redaktə]

29 sentyabr 2020-ci il tarixdə – 19 yaşında, Tərtər rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.

Digər[Vizual redaktə | HTML redaktə]

Şəkidə orta məktəbdə oxuyarkən məktəbin voleybol komandasının üzvü olub. Həmçinin, Şəki şəhərinin yığma komandasının tərkibində dəfələrlə respublika yarışlarında iştirak edib.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ELTUN Zaur oğlu Kərimov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar[Vizual redaktə | HTML redaktə]