Vasif Həmidov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 12:34, 11 sentyabr 2022 tarixli redaktə
Vasif Həmidov
Həmidov Vasif Natiq oğlu
Vasif Həmidov
Vasif Həmidov.
Doğum tarixi 4 iyun 1987(1987-06-04)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 26 oktyabr 2020 (33 yaşında)
Vəfat yeri hərbi hospital
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Ayxan və Nailə
Atası Natiq Həmidov
Anası Nailə
Həyat yoldaşı Fatma
Hərbi fəaliyyəti
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Vasif Həmidov (1987–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Haqqında məlumatlar

4 iyun 1987-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1993 – 2002-ci illərdə Şəki şəhər 19 saylı tam orta məktəbində doqquzillik təhsil alıb.

Əmək fəaliyyəti

2007 – 2013-cü illərdə Şəkidə qazdoldurma məntəqəsində operator,

2013 – 2020-ci illərdə isə Bakıda “İnfeks” firmasında qapı və pərdə hazırlanması üzrə nəzarətçi işləyib.

Hərbi xidmətdə

2005-ci il iyul ayının 10-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə əsgər, minomyotçu olub.

2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından üç gün sonra sonra,

30 sentyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə göndərilib. «N» saylı hərbi hissənin tərkibində Tərtər rayonunda, Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə minomyotçu olaraq iştirak edib.

Şəhid olması

21 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşdə ağır yaralanıb.

26 oktyabr 2020-ci il tarixdə – 33 yaşında, müalicə aldığı hospitalda vəfat edib.

27 oktyabr 2020-ci il tarixdə Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə 2 oğlan olublar.

1998-ci ildə atası Natiq Həmidov vəfat edib. O, Əfqanıstan müharibəsi veteranı idi.

Evli idi. 1 oğul və 1 qız atası olub.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : VASİF Natiq oğlu Həmidov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Videolar