İbrahim Məmmədov (şəhid)
İbrahim Məmmədov | |
---|---|
Məmmədov İbrahim Nakam oğlu | |
İbrahim Məmmədov. | |
Ləqəbi | Canavar |
Doğum tarixi | 3 aprel 1985 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 25 oktyabr 2020 (35 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Dəfn yeri | Dovşan düzü qəbiristanlığı, Şəki |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşaqları | Elvin, Mətanət |
Həyat yoldaşı | Aynur |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | gizir |
Təltifləri |
İbrahim Məmmədov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Haqqında məlumatlar
3 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1991 – 2002-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrində giziri olaraq hərbi xidmətini davam etdirib.
2010-cu ildə Türkiyədə təşkil olunmuş xüsusi təyinatlıların birləşmiş təlim-toplantısında,
2016-cı il Aprel döyüşlərində iştirak edib.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub.
9 oktyabr 2020-ci il tarixdə, işğaldan azad olunmuş Hadrut qəsəbəsində ilk dəfə Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub.
17 oktyabr 2020-ci il tarixdə isə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə Azərbaycanı bayrağını şəxsən özü qaldırıb və bu şəhərin azad olunmasını şəxsən özü Azərbaycan Respublikasının Prezidentinə görüntülü şəkildə məruzə edib.
Şəhid olması
25 oktyabr 2020-ci il tarixdə – 35 yaşında, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşdə boynundan ağır yaralanaraq qəhrəmancasına həlak olub.
Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı (ölümündən sonra, 15.12.2020)[1];
- “İgidliyə görə” medalı (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi
Ailəli idi. Elvin adlı oğlu, Mətanət adlı qızı var.
İstinadlar
- ↑ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- ↑ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 18 Dec 2020 - 7 May 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- ↑ “Şuşanın azad olunmasına görə” medalı ilə....
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : İBRAHİM Nakam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
Video-çarxlar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- Eyni ad-soyadlılar
- 1985-ci ildə doğulanlar
- 3 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 25 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin gizirləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr