Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Sakit İsmayılov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Sakit İsmayılov
İsmayılov Sakit İsmayıl oğlu
Sakit İsmayılov
Sakit İsmayılov.

Sakit İsmayılov (1985–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

7 yanvar 1985-ci il tarixdə Şəki rayonunun Beşevlər (indiki Aran) kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1991 – 1999-cu illərdə Aran kənd orta məktəbində,

1999 – 2002-ci illərdə isə Şəki Peşə Kollecində təhsil alıb.

21 yanvar – 10 aprel 2010-cu il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursu keçib.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2003-cü ildən – 2004-cü ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olub.

10 aprel 2010-cu il tarixdən “N” saylı hərbi hissədə manqa komandiri vəzifəsində xidmətə başlayıb.

2020-ci ilədək müxtəlif hərbi hissələrdə manqa komandiri vəzifəsində xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib.

Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]

13 oktyabr 2020-ci il tarixdə – 35 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

23 oktyabr 2020-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

2004-cü ildə anası vəfat edib.

Ailədə iki qardaş, bir bacı olublar.

2006-ci ildə ailə qurmuşdu, şəhid olarkən bir oğlu və bir qızı vardı.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : SAKİT İsmayıl oğlu İsmayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.

Video-çarxlar[Vizual/Mobil redaktə | HTML redaktə]

...

Bildiriş[HTML redaktə]

...